• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Seymur Orucov: Anım Günü- Xalqımızın birlik rəmzi

Seymur Orucov: Anım Günü- Xalqımızın birlik rəmzi



Ağstafa RİH başçısı Seymur Orucov - Dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti Vətən müharibəsində bütün bəşəriyyətə səs salaraq öz gücünü göstərdi. Döyüş meydanında Ermənistan silahlı qüvvələrini diz çökdürən, illərdir yaradılan “məğlubedilməz erməni ordusu” mifini darmadağın edən rəşadətli ordumuz yazdığı tarixlə gələcək inkişafımızın prioritetlərini müəyyənləşdirdi. Vətən müharibəsi haqqın, ədalətin bərpası olmaqla yanaşı, işğalçı Ermənistana və ona havadarlıq edənlərə tarix və hüquq dərsi oldu. Ermənilərə elə bir dərs verildi ki, bu dərsi heç vaxt unutmayacaqlar.

Aprel döyüşlərindən 4 il sonra 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüşlər baş verdi. Belə ki, Ermənistan ordusu artilleriya, iriçaplı silahlar və minaatanlardan istifadə etməklə Tovuz rayonu istiqamətindəki mövqelərimizə hücum etdi. Azərbaycanın qüdrətli ordusu tərəfindən hücumun qarşısı alındı və işğalçılara ağır zərbələr endirildi. Həmin döyüşlər zamanı böyük şücaət göstərən 12 hərbçimiz şəhidlik zirvəsinə yüksəldi. 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açaraq qığılcım rolunu oynadı. Ermənistanın ölkəmizə qarşı 2020-ci il 27 sentyabrdan başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başladı. Bu, müasir dünya tarixinə qızıl hərflərlə yazılacaq vətənin ərazi bütövlüyü uğrunda savaşı idi. 28 sentyabr 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəcamı ilə ölkədə qismən səfərbərlik elan olundu. Ehtiyatda olan hərbi qulluqçular, o cümlədən könüllü olaraq ordu sıralarına yazılmış gənclər döyüşlərə cəlb olundu

Zəfərimizlə Azərbaycanın dövlətçilik, hərbi-siyasi, müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazıldı. Azərbaycan xalqı öz Prezidenti və Ordusu ilə birlikdə “Dəmir yumruq” olub düşmənin başını əzdi. Xalqın güc və birlik rəmzinə çevrilmiş “Dəmir yumruq” öz gücünü və şücaətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər.

Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil iki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni "Dəmir yumruğ"un zərbəsi ilə cəmi 44 günün içində həll etdi. BMT tarixində bu, bəlkə də, ilk hal idi ki, belə bir mötəbər beynəlxalq qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməli oldu.
Düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini danılmaz fakt qarşısında qoydular. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası sıradan çıxarıldı, canlı qüvvəsi zərərsizləşdirildi və Azərbaycan öz gücünü, öz qüdrətini dünyaya göstərdi. Bu müharibədə qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi də əhəmiyyətli rol oynadı. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi.

Böyük strateji əhəmiyyətə malik və Qafqazın incisi sayılan Şuşanın qüdrətli ordumuz tərəfindən işğaldan azad edilməsi isə böyük tarixi hadisəyə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın erməni işğalından azad edilməsi barədə müjdəsi Azərbaycan xalqı tərəfindən xüsusi coşqu ilə qarşılandı. Şuşanın azad edilməsi Azərbaycan xalqının möhtəşəm tarixi qələbəsinə çevrildi. Şuşanın azad edilməsi eyni zamanda dövlətimizin başçısı İlham Əliyevin parlaq qələbəsiydi . Şuşanın azad edilməsi ilə Ermənistan çıxılmaz duruma düşdü.

Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdürüldü. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzün təmin edilməsi yönündə öz vəzifəsini layiqli şəkildə yerinə yetirdi. 28 il işğal altında qalan mədəniyyət beşiyimiz olan Şuşanın azad edilməsi böyük siyasi, strateji və mənəvi məzmun daşıyır. Şuşanın azad edilməsindən bir gün sonra - Dövlət Bayrağı Günündə, noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev daha 71 kəndin, iki qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə Azərbaycan xalqını məlumatlandırdı. Yaranmış vəziyyət Nikol Paşinyanı məcbur etdi ki, noyabrın 10-da məlum bəyanatı imzalasın. İmzalanan bəyanat Ermənistanın hərbi kapitulyasiyası olmaqla Azərbaycanın siyasi maraqlarını təmin edən bir sənəd oldu. Bu bəyanat 30 ilə yaxın davam edən işğala birdəfəlik son qoydu. Razılaşmaya əsasən, Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam rayonları ərazisindən işğalçı qoşunlarının çıxarılması barədə öhdəlik götürdü. Beləliklə, məcburi köçkün olan həmvətənlərimizin 30 illik yurd həsrətinə son qoyuldu.

44 gün ərzində xalqımız yüksək səviyyədə birlik nümayiş etdirdi. Ön cəbhədə hərbçilərimizin şücaəti, ordumuzun rəşadəti, arxa cəbhədə mülki insanlarımız, bütövlükdə isə xalqımızın həmrəyliyi nəticəsində qələbə çaldıq. Bir daha dünyaya sübut etdik ki, bu torpaqlar əzəli və əbədi Azərbaycan torpaqları olmuşdur, “Dəmir yumruq” əməliyyatı göstərdi ki, Qarabağ Azərbaycandır!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Bu gün, 13:10
  • 9
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 049
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 739
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter