Zöhrab Camalov: Xilaskar Lider azad və abad torpaqlarımızda: Qayıdışdan quruculuğa
- 02.10.2023, 11:23,
- Cəmiyyət
Baxılıb: 66
Facebook
Вконтакте
Одноклассники
Google+
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Beylaqan rayon bölməsinin rəis polkovnik Zöhrab Camalov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Zöhrab Camalovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Zöhrab Camalov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Beylaqan rayon bölməsinin rəis polkovnik Zöhrab Camalov - Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı faciələr, soyqırımlar və müharibələrlə dolu səhifələr də yazılmışdır. Çar Rusiyası zamanı ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti bu günə qədər davam edir.
Azərbaycan dövləti öz torpaqlarının 20 faiz işğala məruz qalmasına baxmayaraq, bu münaqişənin sülh yolu ilə həllində daim maraqlı idi. Məhz onun üçün ATƏT-in Minsk qrupunun münaqişənin həllində mühüm rol oynayacağına ümid edilirdi. Lakin Minsk qrupu 28 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Prezident İlham Əliyev "Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi yollarla həll edib. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər"- deməklə bu qurumun fəaliyyətininin sona çatdığını bəyan etmişdir. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır.
Beləliklə, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş hərbi əməliyyatlar Azərbaycan tarixinə Vətən müharibəsi kimi düşdü. Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq, işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Bu müharibə zamanı bütün millətlərin, bütün etnik qrupların, bütün konfessiyaların nümayəndələri Azərbaycan uğrunda, ləyaqət uğrunda, Vətən uğrunda bir yumruq kimi birləşdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi.
Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən qorxu mühiti yaratmaq, xalqımızın iradəsini sarsıtmaq məqsədilə günahsız mülki insanları hədəfə aldı və müharibə cinayətləri törətdi. Ermənistan ordusunun namərdcəsinə yaşayış məntəqələrimizi ağır artilleriya və raket atəşinə tutması nəticəsində müharibə dövründə 100-ə yaxın mülki şəxs həlak oldu, 400-dən artıq dinc insan isə yaralandı. Müharibə dövründə bir çox hərbçimiz şəhid oldu, itkin düşdü, yaralanaraq sağlamlığını itirdi.
Torpaqlarımız qəhrəman şəhidlərin qanı və canı bahasına işğaldan azad edildi. Müzəffər Azərbaycan Ordusunun yazdığı tarix daha güclü Azərbaycan üçün möhkəm bünövrə yaratdı. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.
Xalqımız və dövlətimiz hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərə, bütün şəhidlərə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncamla sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü elan edilib. Eyni zamanda, Bakıda Vətən müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi, həmçinin paytaxtın ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaq. Bütün bunlar şəhidlərimizin ruhuna, şəhidlərin doğmalarına ölkə başçısının ali ehtiramın göstəricisidir. Rəşadətli Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 086
- 5 499
- 10-02-2022, 10:36
- 28 404
- 244
- 7-04-2022, 11:57
- 21 564
- 207
- 26-04-2019, 16:16
- 16 130
- 45
- 18-09-2019, 10:29
- 13 645
- 119
- 12-12-2020, 12:00
- 13 369
- 92
- 11-04-2022, 16:00
- 11 844
- 12
- 15-05-2019, 20:27
- 11 066
- 54
- 24-05-2020, 23:28
- 9 976
- 3
- 26-04-2019, 15:39
- 9 460
- 99
- 27-04-2019, 10:08
- 9 037
- 2
- 23-10-2019, 21:00
- 8 052
- 1
- 29-11-2019, 09:00
- 7 900
- 3
- 13-05-2020, 22:05
- 7 758
- 0
- 28-04-2019, 20:56
- 7 524
- 2
- 23-04-2019, 21:57
- 7 292
- 2
- 11-03-2022, 12:24
- 310 086
- 5 499
- 10-02-2022, 10:36
- 28 404
- 244
- 7-04-2022, 11:57
- 21 564
- 207
- 7-11-2019, 09:36
- 6 075
- 124
- 18-09-2019, 10:29
- 13 645
- 119
- 26-04-2019, 15:39
- 9 460
- 99
- 12-12-2020, 12:00
- 13 369
- 92
- 22-12-2021, 14:22
- 4 742
- 57
- 10-02-2023, 10:54
- 4 273
- 54
- 15-05-2019, 20:27
- 11 066
- 54
- 26-04-2019, 16:16
- 16 130
- 45
- 14-01-2020, 09:33
- 6 801
- 20
- 11-04-2022, 16:00
- 11 844
- 12
- 27-03-2021, 14:25
- 4 971
- 7
- 29-11-2021, 09:36
- 4 564
- 5
- 29-09-2020, 11:15
- 4 986
- 5
- 24-09-2020, 11:41
- 5 021
- 5
- 16-05-2019, 14:19
- 6 916
- 5
- 15-05-2019, 09:47
- 5 255
- 5
SOSİAL ŞƏBƏKƏLƏR