Elman Allahyarov: Sözünə sadiq Lider
- 02.10.2023, 13:23,
- Cəmiyyət
Baxılıb: 47
Facebook
Вконтакте
Одноклассники
Google+
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Xudat şəhər bələdiyyəsinin sədri Elman Allahyarov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Elman Allahyarov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Elman Allahyarov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Xudat şəhər bələdiyyəsinin sədri Elman Allahyarov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elman Allahyarovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elman Allahyarov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Xudat şəhər bələdiyyəsinin sədri Elman Allahyarova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Xudat şəhər bələdiyyəsinin sədri Elman Allahyarov - Azərbaycanın qazandığı uğurların xronologiyasına diqqət yetirsək Prezident İlham Əliyevin hər bir vədinin arxasında real addımın dayandığını görürük
Bugünkü uğurlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Biz lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq... Azərbaycanda hadisələri qabaqlamağı heç kimə məsləhət görmürəm”, həmçinin “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik” çağırışlarının reallıqda öz əksini tapdığının təqdimatıdır. Dövlət başçısı bu çağırışı da edir ki, bizim sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Yəni, nəyi deyiriksə, onu da edirik.
Azərbaycan Prezidenti 2023-cü ilin hədəflərini açıqlayarkən işğaldan azad edilmiş ərazilərimizin bərpasını və müdafiə gücümüzün artırılmasını prioritet məsələ kimi diqqətə çatdırdı. Təbii ki, bu hədəflərə qədər Azərbaycanın keçdiyi yola qısa nəzər salmaq bir zərurət kimi qarşımızda dayanır. İlham Əliyev Prezident seçildikdən sonra andiçmə mərasimində Ümummilli Liderə bu vədi verdi ki, Sizin şah əsəriniz olan Azərbaycana yeni-yeni qələbələr qazandıracağam.
Son 20 ilə yaxın dövrün qısa təhlili fonunda Azərbaycana hansı sahədən baxsaq ölkəmizin Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində davamlı uğurlara imza atdığını görərik. Azərbaycan inkişafın təkmil modelini dünyaya təqdim etməklə beynəlxalq aləmdə yerini və rolunu daha da möhkəmləndirir. Azərbaycanı dahi şəxsiyyətin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəldən dövlətimizin başçısı İlham Əliyev Onun ən böyük arzusu olan ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində ciddi səylər göstərdi. Azərbaycanın 30 il sürən işğaldan sonra ərazi bütövlüyünü bərpa etməsi, soydaşlarımızın torpaq həsrətinə son qoyulması təbii ki, böyük qətiyyətin, səylərin nəticəsidir. Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində İlham Əliyevə Özü qədər inandığını bildirdi, axıra çatdıra bilmədiyi işlərin, planların Onun axıra çatdıracağına əminliyini ifadə etdi. Ərazi bütövlüyümüzün bərpasının Prezident İlham Əliyevin siyasətinin şah əsəri kimi dəyərləndirilməsi 20 ilə yaxın dövrün uğurlarının ümumiləşdirilmiş ifadəsidir. Dövlətimizin başçısı İlham Əliyevin Prezident kimi mətbuata ilk müsahibəsində “Cənab Prezident, artıq Siz and içdiniz, indi ölkənin birinci şəxsisiniz və hansı hissləri keçirirsiniz” sualına cavabı bir çox məqamlara, o cümlədən Azərbaycanın bugünü və gələcəyi üçün müəyyənləşdirilən hədəflərə işıq saldı. Dövlətimizin başçısı bildirdi ki, gərək mən ümidləri doğruldam: “Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Həyatımın artıq növbəti və elə bil ki, sonuncu mərhələsi başlanır. Çünki bundan yuxarı vəzifə yoxdur. Bu, elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm. Əlbəttə, bu mənim çiyinlərimə əlavə məsuliyyət yükü qoyur.”
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu məsuliyyəti uğurlu addımları ilə gerçəkləşdirdi. Dövlətimizin başçısı bütün çıxışlarında, keçmiş məcburi köçkünlərlə görüşlərində əminliklə bu çağırışı etdi ki, biz heç vaxt işğalla barışmayacağıq. Torpaqlarımız azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Azərbaycanın ərazi bütövlüyünün danışıqlar mövzusu olmadığı ən yüksək tribunalardan bəyan edildi. İlham Əliyevin Prezidentliyinin 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlığa həsr edildi. Azərbaycan hər sahədə gücləndi, qüdrətləndi, müstəqililyimizin, suverenliyimizin qarantı olan ordumuzun maddi-texniki bazası möhkəmləndi, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza formalaşdı. Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozmaq cəhdləri, mülki əhalini atəşə tutaraq onların ölümünə və yaralanmasına səbəb olmaları xalqımızda münaqişənin sülh danışıqları əsasında həllinə inamı heçə endirdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutmaları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandanın “İrəli!” əmrini böyük ruh yüksəkliyi ilə yerinə yetirən Azərbaycan Ordusunun 44 gündə yazdığı şanlı tarix Ümummilli Liderin vəsiyyətinin yerinə yetirildiyini təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə müsahibələrinin birində Qarabağın azad edilməsinin atasının vəsiyyəti olması ilə bağlı sualı cavablandırarkən bildirmişdir ki, hər zaman çalışmışam atamın yoluna sadiq olum. Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik. Ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir. 44 günün hər gününü Azərbayan tarixinə Zəfər səhifəsi kimi yazan Azərbaycan Ordusu 30 ilin işğalına son qoymaqla xalqımızın yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirdi. Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixil üçtərəfli Bəyanatın imzalanması münasibətilə xalqa müraciətində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirmişdir: “Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır… Xalqımı aldatmaq istəmirdim, heç vaxt aldatmamışam və aldatmayacağam. Azərbaycan xalqı bunu bilir. Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi. Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!”
Müzəffər Ali Baş Komandan xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirir. Ən yüksək tribunalardan bəyan edilir ki, Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı törədilən təxribatların qarşısı qətiyyətlə alınır və alınacaq. “Qisas” kimi əməliyyatlar Azərbaycan Ordusunun postmünaqişə dövründə gücünün, qüdrətinin daha da artdığını nümayiş etdirdi.
Sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin törətdiyi terror aktından dərhal sonra Azərbaycanın lokal antiterror tədbirlərinə başlaması da bir çox məqamları özündə ehtiva edir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Məhz elə bu səbəbdən də lokal xarakterli antiterror tədbirlərinin görülməsi qaçılmaz oldu. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir.
Azərbaycan qarşıya qoyulan bütün hədəflərə nail olur. 30 ilə yaxın dövrdə Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Bu illər ərzində Ermənistan və onun havadarları qondarma qurumu tərəf kimi danışıqlar prosesinə cəlb etməyə cəhdlər etsələr də Azərbaycanın cavabı bu oldu ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Danışıqlarda münaqişəli tərəflər iştirak edir. 30 ildə Azərbaycan tarixi faktlara, real həqiqətlərə söykənərək qondarma qurumun tanınması istiqamətində göstərilən bütün cəhdlərin qarşısını qətiyyətlə aldı.
Sentyabrın 28-də Azərbaycan növbəti böyük uğura imza atdı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurumun özünü buraxması tarixi nailiyyət, 200 illik erməni layihəsinin darmadağın edilməsidir. Bununla da əzəli Azərbaycan torpağı olan Qarabağın ermənilər yaşayan hissəsindəki qondarma qurum birdəfəlik tarixin zibilliyinə atıldı.
Bu gün işğalçılardan təmizlənmiş ərazilərimiz nəhəng tikinti meydanına çevrilib. Azərbaycan üç ildir ki, azad Qarabağ və azad Şərqi Zəngəzurda Böyük Qayıdış proqramını icra edir. Belə bir əminlik ifadə edilir ki, bütün işğaldan azad edilmiş ərazilərimiz cənnət məkana çevriləcək. Bərpa-quruculuq işləri soydaşlarımızın mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdışı ilə müşayiət olunur. Böyük Qayıdışın növbəti ünvanı Xankəndidir.
Atılan addımların xronologiyasına diqqət yetirdikdə hər vədin arxasında konkret işin dayandığını görürük. Azərbaycan əbəs yerə təşəbbüsləri, arzuları reallığa çevirən ölkə kimi nüfuz qazanmır. Bugünümüzün əsas hədəfi isə Qərbi Azərbaycana qayıdışdır. Dövlət başçısı İlham Əliyevin hər bir çağırışı qarşıdakı dövrə hesablanmış addımdır. Tarixi ədalət Qərbi Azərbaycana qayıdışımıza əsas verir. Azərbaycan hər bir məsələnin ədalət və beynəlxalq hüquq çərçivəsində həllinə səy göstərir. Daim bu çağırış səsləndirilir ki, necə vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik. O gün uzaqda deyil. O günə uzanan yol isə Zəngəzurdan başlanır. Bu dəhliz isə mütləq açılacaq. Qərbi Azərbaycan yenidən doğmalarına qovuşacaq. Çox böyük nəqliyyat bazarında Azərbaycan ciddi aktora çevrilib. Əlbəttə, Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir.
Qısa təhlil belə bir qənaətə gəlməyə əsas verir ki, düzgün qurulan siyasət ölkəmizi inkişafa, tərəqqiyə, yeni-yeni hədəflərə doğru aparır. Yazının sonunda dövlət başçısı İlham Əliyevin Davos Dünya İqtisadi Forumunun iclaslarının birində ona ünvanlanan “Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni,əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs, onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz” sualına cavabını xatırlatmaq istərdim. Dövlət başçısı İlham Əliyev bildirmişdir ki, biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, universitetlərdə, məktəblərdə, startap biznesindədir. Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Azərbaycanda həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır. Bəli, qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan Bayrağını daha uca etməyə hədəflənib.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 086
- 5 499
- 10-02-2022, 10:36
- 28 402
- 244
- 7-04-2022, 11:57
- 21 564
- 207
- 26-04-2019, 16:16
- 16 130
- 45
- 18-09-2019, 10:29
- 13 645
- 119
- 12-12-2020, 12:00
- 13 369
- 92
- 11-04-2022, 16:00
- 11 844
- 12
- 15-05-2019, 20:27
- 11 065
- 54
- 24-05-2020, 23:28
- 9 976
- 3
- 26-04-2019, 15:39
- 9 460
- 99
- 27-04-2019, 10:08
- 9 037
- 2
- 23-10-2019, 21:00
- 8 052
- 1
- 29-11-2019, 09:00
- 7 900
- 3
- 13-05-2020, 22:05
- 7 758
- 0
- 28-04-2019, 20:56
- 7 524
- 2
- 23-04-2019, 21:57
- 7 292
- 2
- 11-03-2022, 12:24
- 310 086
- 5 499
- 10-02-2022, 10:36
- 28 402
- 244
- 7-04-2022, 11:57
- 21 564
- 207
- 7-11-2019, 09:36
- 6 074
- 124
- 18-09-2019, 10:29
- 13 645
- 119
- 26-04-2019, 15:39
- 9 460
- 99
- 12-12-2020, 12:00
- 13 369
- 92
- 22-12-2021, 14:22
- 4 742
- 57
- 10-02-2023, 10:54
- 4 273
- 54
- 15-05-2019, 20:27
- 11 065
- 54
- 26-04-2019, 16:16
- 16 130
- 45
- 14-01-2020, 09:33
- 6 801
- 20
- 11-04-2022, 16:00
- 11 844
- 12
- 27-03-2021, 14:25
- 4 971
- 7
- 29-11-2021, 09:36
- 4 564
- 5
- 29-09-2020, 11:15
- 4 986
- 5
- 24-09-2020, 11:41
- 5 021
- 5
- 16-05-2019, 14:19
- 6 916
- 5
- 15-05-2019, 09:47
- 5 255
- 5
SOSİAL ŞƏBƏKƏLƏR