Xəyyam Fərəcov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı ilə seçilir
- 20.09.2023, 15:30,
- Təhsil
Baxılıb: 149
Facebook
Вконтакте
Одноклассники
Google+
Ölkəmizdə təhsilin və elmin inkişafı prioritet istiqamətlərindəndir
Azərbaycanın təhsil müəssisələrində “yeni dərs ili münasibti ilə Xeberdar.az rəhbərliyi və kollektivi adından 248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcovu təbrik edirik.
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - 248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi 248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan 248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Xəyyam Fərəcovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Xəyyam Fərəcov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Elm və təhsil naziri Emin Əmrullayevin 2023-2024-cü tədris ilinin başlanması ilə bağlı imzaladığı əmrə əsasən tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabr 2023-cü il tarixdə başlayacaq, 14 iyun 2024-cü il tarixdə başa çatacaq.
2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq. Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmrinə əsasən isə dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.
Elm və Təhsil Nazirliyi "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində təhsil müəssisələrinin tikinti və təmir işləri ilə bağlı son vəziyyəti də açıqlayıb:
Şuşa şəhəri 1 nömrəli 960 yerlik tam orta məktəbdə son tamamlanma işləri aparılır.
Zabux kəndində 176 yerlik məktəbdə bərpa-gücləndirmə və əsaslı təmirlə bağlı son tamamlanma işləri görülür.
Ağdam şəhəri 960 yerlik 1 nömrəli tam orta məktəbində tikinti işləri aparılır.
Cəbrayıl şəhəri 960 yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbdə sponsor dəstəyi ilə tikinti işləri görülür.
Şuşa real məktəbində bərpa işlərinə hazırlıq gedir.
Zəngilan və Kəlbəcər şəhərlərindəki 960 yerlik tam orta məktəblərdə tikinti işlərinə hazırlıq gedir. Qubadlıda 600 yerlik tam orta məktəbdə layihə-smeta sənədlərinin hazırlanmasına başlanılacaq.
Ağdam şəhəri 160 yerlik körpələr evi-uşaq bağçasında, Füzuli peşə liseyində tikintiyə hazırlıq gedir.
Ağdam şəhəri 2 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasında, Ağdam şəhəri 2 nömrəli 960 yerlik tam orta məktəbdə, Zəngilan şəhəri 160 yerlik körpələr evi-uşaq bağçasında tikintinin layihələndirilməsinə hazırlıq gedir.
Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib.
Heydər Əliyev Fondu da Azərbaycanda təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir. Məktəblərin tikilməsi, əsaslı təmir olunması, maddi-texniki bazasının gücləndirilməsi, zəruri avadanlıqlarla təchiz olunması istiqamətində layihələr həyata keçirir.
“Görülən işlər bir daha təsdiqləyir ki, ölkəmizdə təhsilin və elmin inkişafı prioritet istiqamətlərindəndir. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun şücaəti, xalqımızın həmrəyliyi sayəsində Zəfərlə başa çatdı. İşğaldan azad olunmuş torpaqlarımızda bu gün sürətli bərpa və quruculuq işləri aparılır. Bu quruculuq işləri təhsildən də yan keçmir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. İnanıram ki, bu istiqamətdə qarşıya qoyulan hədəflərə uğurla çatacağıq”
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 007
- 5 498
- 10-02-2022, 10:36
- 28 373
- 244
- 7-04-2022, 11:57
- 21 522
- 207
- 26-04-2019, 16:16
- 16 097
- 45
- 18-09-2019, 10:29
- 13 617
- 119
- 12-12-2020, 12:00
- 13 336
- 92
- 11-04-2022, 16:00
- 11 816
- 12
- 15-05-2019, 20:27
- 11 033
- 54
- 24-05-2020, 23:28
- 9 947
- 3
- 26-04-2019, 15:39
- 9 431
- 99
- 27-04-2019, 10:08
- 9 008
- 2
- 23-10-2019, 21:00
- 8 024
- 1
- 29-11-2019, 09:00
- 7 871
- 3
- 13-05-2020, 22:05
- 7 730
- 0
- 28-04-2019, 20:56
- 7 496
- 2
- 23-04-2019, 21:57
- 7 264
- 2
- 11-03-2022, 12:24
- 310 007
- 5 498
- 10-02-2022, 10:36
- 28 373
- 244
- 7-04-2022, 11:57
- 21 522
- 207
- 7-11-2019, 09:36
- 6 032
- 123
- 18-09-2019, 10:29
- 13 617
- 119
- 26-04-2019, 15:39
- 9 431
- 99
- 12-12-2020, 12:00
- 13 336
- 92
- 22-12-2021, 14:22
- 4 713
- 57
- 10-02-2023, 10:54
- 4 234
- 54
- 15-05-2019, 20:27
- 11 033
- 54
- 26-04-2019, 16:16
- 16 097
- 45
- 14-01-2020, 09:33
- 6 773
- 20
- 11-04-2022, 16:00
- 11 816
- 12
- 27-03-2021, 14:25
- 4 943
- 7
- 29-11-2021, 09:36
- 4 536
- 5
- 29-09-2020, 11:15
- 4 958
- 5
- 24-09-2020, 11:41
- 4 993
- 5
- 16-05-2019, 14:19
- 6 888
- 5
- 15-05-2019, 09:47
- 5 227
- 5
SOSİAL ŞƏBƏKƏLƏR