“Oqtay Gülalıyevin vəziyyətində yaxşılığa doğru irəliləyiş var” – Xanımından açıqlama
- 13.12.2019, 09:56,
- Cəmiyyət
Baxılıb: 49
Facebook
Вконтакте
Одноклассники
Google+
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyətində müsbət dinamika müşahidə olunur. Son sutkalar fəal daha yaxşı nəfəs almağa başlayıb, böyrəyindəki kreatin azalmağa başlayıb, temperatur normaya düşüb.
Azpost.info–nun məlumatına görə, bu barədə Turan-a hüquq müdafiəçisinin xanımı Füruzə Gülalıyeva bildirib.
Buna baxmayaraq, o hələ də komadadır. Lakin müalicədəki müsbət dinamika fəalın bu durumdan çıxacağına ümid yaradır.
Xatırladaq ki, tanınmış hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, ağır kəllə-beyin travması alıb, beyninə qan sızıb. Bir neçə saatdan sonra komaya düşüb. Oktyabrın 30-da Bakıda ona neyrocərrahiyyə əməliyyatı edilib.
Noyabrın 5-də Heydər Əliyev Fondunun dəvəti ilə gələn türkiyəli mütəxəssislər O.Gülalıyevin müalicə üçün Türkiyəyə aparılmasını tövsiyə ediblər. Noyabrın 6-da o, AZAL-ın xüsusi reysi ilə İstanbula göndərilib və “Avrasiya” klinikasına yerləşdirilib. Noyabrın 19-da “Amerika” xəstəxanasına köçürülüb, ertəsi gün başına yığılmış mayeni çıxarmaq üçün başqa bir neyrocərrahiyyə əməliyyatı keçirilib.
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə O.Gülalıyevin müalicəsi ilə bağlı bütün xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.