• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Günün qoroskopu – 19 dekabr

Günün qoroskopu – 19 dekabr


Qoç – İstəyirsiniz ki, gün çox maraqlı və xoş keçsin. Ancaq nahaq yerə. Bu gün heç də sizin istədiyiniz kimi olmayacaq. Əslində isə siz işin gedişatını dəyişmək istəsəniz də, bunun heç bir nəticəsi olmayacaq.
Gün ev işləri görmək sarıdan çox yaxşı olacaq. Alış-verişdə, əsasən, evə uyğun əşya alın. Mebellərdən balaca detallara kimi, hər şeyə fikir verin. Günün ikinci yarısında siz görüşə dəvət oluna bilərsiniz, ancaq bu, heç də romantik xarakter daşımayacaq.

Buğa – həyat tonusunda azalma tendensiyası hiss olunur. Buna görə də, yüklənmənin düzgün bölünməsi, günün rejiminə əməl edilməsi və düzgün qidalanma vacibdir. Orqanizmin möhkəmliyini yoxlamağa ehtiyac yoxdur. Günün ikinci yarısında kübar məclisləri ola bilər. Bu məclislər kifayət qədər şən keçir, lakin orada çox qalmaq da tövsiyə olunmur.

Əkizlər – tərəfdaş və müttəfiqlərdən vaxtında gələn dəstək sayəsində bir çox işlərdə əla nəticələrə nail olacaqsınız. Minnətdarlığınızı ifadə etməkdən çəkinməyin, bu əlaqələrin möhkəmlənməsinə yardımçı ola bilər. Professional problemlərin həlli üçün şəxsi tanışlıqlarınızdan və əlaqələrinizdən istifadə edə bilərsiniz.

Xərçəng – maraqlı işgüzar təkliflər ala bilərsiniz. Bir çox xərçənglər fəaliyyət sahəsini dəyişə bilərlər və bundan peşman olmayacaqlar. Siz olduqca hissiyyatlısınız, intuisiyanız olduqca güclüdür. Yaxın adamlarınızın hislərindən baş açmaqla yanaşı, yeni tanışlarla özünüzü necə yaxşı aparacağınızı başa düşürsünüz.

Şir – yüngül və harmonik bir gündür. İnsanlarla ünsiyyətdə heyrətamiz zirəklik nümayiş etdirirsiniz ki, bu hətta ümumi dil tapa bilmədiyiniz insanlarla münasibətləri qaydasına salmağa kömək edir. Bu gün xarici tərəfdaşlarla əlaqə qurmaq, xaricə səyahət etmək və nəsə planlaşdırmaq üçün uğurlu gündür. Mədəniyyət və şou-bizneslə bağlı layihələr qazanclı olacaq.

Qız – işlər çox olacaq, lakin onların heç biri sizdə səmimi maraq yaratmayacaq. Başlanmış işləri sona çatdırmaq üçün siz özünüzü ələ almalısınız. Sizin işə yanaşma tərziniz rəhbərliyin xoşuna gəlmir. Ünvanınıza tənqidi fikirlər səslənir, ancaq siz bu tənqidləri qulaq ardına vurursunuz.

Tərəzi – mənfi nəticələr verən bəzi anlaşılmazlıqlar ola bilər. İndi baş verənlərin vacibliyini anlamaq və düzgün strategiya seçmək sizin üçün çətindir. Xərçəng bürcünün bir sıra nümayəndələri səbrlərini cilovlaya bilməyərək məqsədlərinə çatacaqlarına ümid edərək ehtiyatsız hərəkətlərə yol verəcəklər. İş həyatında münasib vaxtın gəlməsini gözləmək daha məqsədəuyğundur.

Əqrəb – düşünülməmiş hərəkətlərə yol verməsəniz, çox yaxşı gün hesab olunur. Ancaq bu hərəkətlərə şövq edən məqamlar çox olacaq. Tədbirli və ehtiyatlı olmaqla problemlərdən yan keçmək olar, lakin bu məqam bütün əkizlərə aid deyil. Böyüklərin məsləhətlərinə qulaq asmaq və ailə məsələlərini diqqətdə saxlamaq tövsiyə olunur.

Oxatan – gün o qədər də pis deyil, lakin emosional fonun gərginliyi hər şeyi korlayır. Məhz buna görə qıcıqlanmağa yaxınsınız və insanlarla ünsiyyətdən tez bezirsiniz. Günün ortasında əl-qolunuzu bağlayan həyəcan hiss edə bilərsiniz. Öz problemlərinizdən başqa şeylərə diqqəti cəlb etmək çətin olacaq. Bu da səhv etmək ehtimallarını artıracaq.

Oğlaq – lazımi informasiyaları almaq və sizə yardım edə biləcək adamlarla görüşə nail olmaq üçün inadkarlıq göstərmək lazımdır. Vacib sənədləri qaydasında saxlamaq lazımdır. Qarmaqarışıqlıq uğursuzluğa səbəb ola bilər.
Şəxsi problemlərin həlli yaxındır. Arzuları reallıq kimi təqdim etməyə böyük istək var.

Dolça – işgüzar aktivlik həmişə olduğundan bir qədər aşağı səviyyədədir. Siz asta və məhsuldar işləyəcəksiniz. Əməkdaşlarınız və dostlarınız sizi ruhlandırmaq və ya tələsdirməyə çalışacaqlar, lakin bu, sizi əsəbiləşdirəcək. Münaqişələr yaradacaqsınız, lakin bu münaqişələr dərinləşməmiş, elə özünüz onları həll edəcəksiniz.

Balıqlar – bu gün bir qədər uğursuz ola bilər. Sizin əhvalınız yaxşı deyil, arabir ürəyinizə daman fikirlər sizi narahat edir və ən pisi odur ki, bu ürəyə dammaların çoxu gerçək olur. Maliyyə çətinlikləri, lüzumsuz xərclər və itkilər mümkündür. Bundan başqa bu gün köhnə problemlərin geri dönməsi də ola bilər.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 039
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 729
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter