• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Sahil qəsəbəsinin inkişaf yolu - ÖZƏL

Sahil qəsəbəsinin inkişaf yolu - ÖZƏL


Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sahil qəsəbəsi yerli İcra nümayəndəsi Əkbər Fərəcovdur.

Sahil qəsəbəsi yerli İcra nümayəndəsi Əkbər Fərəcov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Əkbər Fərəcov bu işin müqəddəsliyini qoruyub saxlayır. Əkbər Fərəcov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Dünyanın bütün dənizlərinin sahillərində qəsəbələr mövcuddur. Elə bu qəsəbələrin çoxu “Sahil” adını daşıyırlar. Bizim Azərbaycanın da Xəzər dənizinin sahilində “Sahil” adlı qəsəbə mövcuddur. Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, bizim, yəni Qaradağ rayonunun Sahil qəsəbəsi də liman məkanı olmaqla yanaşı, həm də sənaye və iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır.
Bakı şəhər Qaradağ rayonunun Sahil qəsəbəsi ötən əsrin 80-ci illərindən başlayaraq, Azərbaycan Respublikasının xüsusi sənaye, neft və qaz sektorunun inkişafı baxımından diqqət mərkəzində olubdur. Dövlət müstəqilliyimizi əldə etdikdən sonra, Sahil qəsəbəsi və onun ətrafı iqtisadi inkişaf perspektivi baxımından daha böyük layihələrə açılan bir pəncərə çevrilibdir. Ona görə də, Qaradağ rayonunun Sahil qəsəbəsində son illərdə çox geniş mənada inkişaf müşahidə olunur. Təbii olaraq, bu işdə yerli icra hakimiyyəti və bələdiyyənin fəaliyyəti də bu günün standartları çərçivəsində inkişaf etməkdədir. Demək olar ki, Sahil qəsəbəsi yerli İcra nümayəndəsi Əkbər Fərəcov ölkəmizin peşəkar kadrların sayəsində inkişafı proseslərində yaxından və fəal şəkildə iştirak edir. Beləliklə, Əkbər Fərəcov kimi işinin peşəkarı olan şəxslər sayəsində Sahil qəsəbəsində əsil mənada canlanma müşahidə olunur. Qəsəbinin abadlığı, sadəliyi və səliqəli olması, təmizliyi göz oxşayır. Sahil qəsəbəsi və ümumiyyətlə Qaradağ rayonu üçün hər zaman ən böyük problemlərdən biri olan ətraf mühitin yaşıllaşdırılması məsələsi artıq öz həllini tapıbdır. Əkbər Fərəcovun bu istiqamətdə gördüyü işlərdən sadəcə yerli sakinlər deyil, həm də hökumət səviyyəsində və buraya təşrif buyuran qonaqların da zövüqünə, marağına səbəb olubdur.

Buna görə də, yerli sakinlər və Qaradağ rayon İcra Hakimiyyəti Əkbər Fərəcovun gördüyü bu möhtəşəm işlərdən tamamilə razıdırlar. Çünki Əkbər müəllim daim işinin başında və əhali ilə sıx təmasdadır. Əslində vicdanlı məmur və öz işinin öhdəsindən gələn bir insanın dəyəri elə bu ali mərama bağlıdır.
İndi uzaqdan Sahil qəsəbəsinə baxdıqda köhnə illərdə olduğu kimi ətrafın toz-torpaqla dolu olması, zibilliklərə görə əzab çəkən insanlar tamamilə fərqli mənzərənin şahidi olurlar. Bu gün-gündən gözəlləşən və inkişaf edən Sahil qəsəbəsidir. Amma bütün gözəlliklərə imza atan isə yerli icra nümayəndəsi Əkbər Fərəcovdur.


Sorğu apardıq ağız dolusu Əkbər Fərəcovdan danışdılar yaxşı ki, Əkbər Fərəcov Sahil qəsəbəsi yerli İcra nümayəndəsi təyin olunub… Əkbər Fərəcov öz isguzarlığı ilə tanınır və seçilir….

Əkbər Fərəcov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Əkbər Fərəcovu heç vaxt əqidəsindən döndərə bilməz.

Əkbər Fərəcov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Əkbər Fərəcov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Əkbər Fərəcov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Əkbər Fərəcovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Əkbər Fərəcov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Əkbər Fərəcov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sahil qəsəbəsi yerli İcra nümayəndəsi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Əkbər Fərəcov özünü doğruldub. Bizdə hörmətli Əkbər Fərəcovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 038
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 728
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter