• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Kirayə evlər kasıbın cibinə uyğun olmadı: “Hələ bahalaşa da bilər” - GƏLİŞMƏ

Kirayə evlər kasıbın cibinə uyğun olmadı: “Hələ bahalaşa da bilər” - GƏLİŞMƏ


İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif olunacaq mənzillərin aylıq ödənişi açıqlanıb.

Açıqlamada bildirilir ki, evlərin qiyməti Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq.

Həmçinin ilkin mərhələdə həmin evlərin yerləşdiyi ərazi, onların sayı və sahəsi barədə məlumat verilib. Məlumata görə, satmaq öhdəliyi ilə 331 mənzil kirayəyə veriləcək. Mənzillərin 208-i Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində, 40-ı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-i məhəllədə və 25-i Sumqayıt şəhəri, Sülh küçəsində yerləşir.

Bildirək ki, bu gün səhər saat 10:00-dan etibarən bu mənzillər üzrə elektron müraciətlərin qəbuluna başlanılıb.

Məlumdur ki, bu layihəyə sosial layihə kimi start verilmişdi. Yəni sözdə imkanı aşağı olan insanların ev sahibi olmalarına şərait yaradılacaqdı. Lakin hazırda açıqlanan qiymətlər isə səsləndirilən fikirlərin əksini təsdiqləyir, çünki Bakı üçün təyin olunan minimum qiymət - 411 manat aztəminatlı ailələrin aylıq gəlirlərinə uyğun gəlmir. Bakıda işləyən, minimum əməkhaqqı alan, kirayədə yaşayan ailələrin ailəvi xərclərini də nəzərə alsaq, bu ödənişi həyata keçirməsi müşkül məsələdir. Əksər kirayədə qalan ailələr yaşadıqları ev üçün 250-300 manat ödəyirlər.

Bəs görəsən iqtisadçılar nə deyir? Müəyyən olunan qiymət qaneedicidirmi?

İqtisadçı-ekspert Natiq Cəfərli məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verərək bildirib ki, qiymətlər heç də qaneedici deyil. Qiymətlərin yuxarı həddinin minimum əməkhaqqı, yəni 250 manat səviyyəsində olması daha məntiqli olardı. Amma görünür, məsələyə ciddi yanaşılmayıb:

“Bu hələ ilkin qiymətlərdir. Bundan yuxarı qiymətlər də var. Aylıq ödənişi 596 manat olan mənzillər də təklif olunur. Bu layihə ilk dəfə elan olunan zaman sosial bir layihə kimi səsləndirilmişdi və deyilmişdi ki, faiz də olmayacaq. Amma indi məlum olur ki, faizlər lap əvvəldən hesablanaraq qiymətlərin üzərinə əlavə olunub. Ona görə də həm ilkin ödənişlər, həm aylıq ödənişlər çox yüksəkdir. Bundan başqa, müqavilədə fors-major situasiyalarda, məsələn, manatın dəyərdən düşməsi, devalvasiya, infilyasiya və s. bütün bu hadisələr zamanı qiymətlərin dəyişməz qalacağı əks olunmayıb. Qiymətlər indeksləşdirilə bilər. Bunlar fiksə olunmuş qiymətlər deyil, yenidən bahalaşa bilər. Manatla bağlı hansısa proses baş versə, qiymətlərin dəyişməsini açıq şəkildə müşahidə edəcəyik. Bu nöqteyi-nəzərdən ilkin olaraq bu layihənin başlanğıcını elan olunmuş sosial layihə kimi görmədik. Nə dünya təcrübəsi öyrənilib, nə buna yaxşı hazırlıq görülüb. Cəmi 300-dən biraz yuxarı mənzillər satışa çıxarılıb. Artıq onlayn qeydiyyatla bağlı göstərilən ünvana daxil olmaq belə mümkün deyil. Mexanizmi də hazırlanmayıb, sayt çox zəifdir və müraciətlərin çoxluğunu nəzərə alaraq demək olar ki, sayt çöküb”.

Ekspert diqqətə çatdırıb ki, bu tipli layihələrə öncədən çox ciddi hazırlaşmaq lazımdır. Həm sosioloji, həm iqtisadi əsaslandırılması aparılmalıdır:

“Mənzil problemi tək iqtisadi məsələ deyil, həm də sosial məsələdir. Mənzil probleminin olması ailələrin bir çox hallarda boşanmasına səbəb olan əsas fatorlardan biridir. Burada ciddi hazırlıqlar, müzakirələr aparılmalı, yol xəritəsi hazırlanmalı idi və bundan sonra bu layihəyə start verilsə, daha məntiqli olardı. Bu məsələyə hazırlıqsız start verildi , sanki piyar, kampaniya xarakterli məsələ kimi təqdim olunur. Əslində isə sosial layihə olmalı idi və doğrudan da aztəminatlı, gənc ailələrin mənzillərə çıxış imkanlarını genişləndirməyə hesablanmalı idi. Dünya təcrübəsi, qonşu ölkələrin təcrübəsi bu anlamda öyrənilməyib”.

Qeyd edək ki, iqtisadçı-ekspert Rəşad Həsənov da sosial şəbəkədə məsələyə münasibət bildirərək sözügedən evlərin heç də sərfəli olmadığını vurğulayıb. Onun sözlərinə görə, Sumqayıtda Baxça Şəhərdə evlərin kvadratı 1800 manatdan hesablanır, sonra 25 ilə bölünür və 105 kvadrat evin aylığı 630, 90 kvadrat 540, 78 kvadrat 468 68 kvadrat evin aylığı isə 408 manat edir. Nağd olaraq alanda təmirli evin kvadrat qiyməti 850 manatdır.

Kirayə ev kimi alanda isə kvadrat 1800 manatdan hesablayırlar. Nəticədə isə yuxarıda qeyd edilən aylıqları kasıb adam ödəyə bilmir. Ona görə də bu evlərin alışı real deyil. Rəşad Həsənov bildirib ki, əgər dövlət kirayə qalan imkansız ailələrin vəziyyətini yaxşılaşdırmaq istəyirsə, gəlir səviyyəsi aşağı olan ailələrə sosial evlər maddi imkanı düzələnə qədər havayı və ya 100 manata qədər aylıqla verilməlidir. İmkanı düzələn ailə ev aldığı zaman da həmin sosial evi tərk etməlidir. Buna isə güclü nəzarət edilməlidir ki, sui-istifadə halları olmasın. Yoxsa gəlir səviyyəsi aşağı olan ailələr aylıq minimum 400 manat ödəyə bilməz. Bu evləri dövlət sahibkardan almalı və vətəndaşlarına bu imkanı təqdim etməlidir. Hazırda ölkədə boşanmaların çoxu da rahat başlarını soxmağa evlərinin olmamağından qaynaqlanır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Bu gün, 13:10
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 047
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 737
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter