• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Deputatlar təbliğata nə qədər pul xərcəyib? – 20 min, 3 min, 2 min…

Deputatlar təbliğata nə qədər pul xərcəyib? – 20 min, 3 min, 2 min…


9 fevral 2020-ci il növbədənkənar parlament seçkiləri başa çatdı. Bu il üçün dövlət büdcəsinin zərfində növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 51 milyon 385 min 874 manat vəsait ayrılmışdı. MSK hesabat vermədiyindən bu vəsaitin nə qədər hissəsinin sərf olunduğu bəlli deyil…

Amma bəlli olan bu müddətdə bir çox namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində kifayət qədər vəsait sərf etdiyidir. Əksər namizədlər təbliğat kampaniyasına sərf etdiyi vəsaiti açıqlamaqdan imtina etsələr də, danışan namizədlər də tapıldı.

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Xəyal Məmmədxanlı Modern.az-a bildirib ki, seçki kampaniyasına rəsmi olaraq 20 min manat sərf edib:

“Bu, bank kartlarından xərclədiklərimizdir. Bir də məsələnin görünməyən tərəfləri, sərf etdiyimiz enerjimiz var. Ümumilikdə mən növbədənkənar parlament seçkilərilə bağlı bir kəlmə belə olsun danışmaq istəmirəm. Çünki hansısa məlumat verəndə, elə düşünülür ki, sanki seçki baş tutub, biz də onun nəticələrini müzakirə edirik”.

Parlament seçkilərinə 29 saylı Səbail seçki dairəsindən qatılan namizəd Bəxtiyar Hacıyev ilkin hesablamalara əsasən Modern.az-a 3 min manat civarında vəsait xərclədiyini deyib:

“Daha dəqiq rəqəqmlər üçün hesablamalar aparılmasına ehtiyac var. Çünki kampaniyanın son günlərində müşahidə və digər məsələlər üçün xərclənən vəsaiti hesablamamışıq. Yekunda isə söhbət cəmi bir neçə min manatdan gedir. Elə də böyük məbləğ deyil. Biz o vəsaiti ona görə xərcləmişdik ki, öz mesajımızı seçicilərimizə çatdıraq. Ona görə də dəyərdi. O qədər soyuq havada bizə vaxt ayıran seçicilər üçün pul xərcləməyə dəyərdi. Amma sonda saxtalaşdırma olduğuna görə biz kənarda qaldıq. Nəticədə heç bir təbliğat-təşviqat kampaniyasına qoşulmayan, əhali arasında nüfuzu olmayan birini qalib elan etdilər.

Amma biz həm sərf etdiyimiz enerjiyə görə, həm könüllülərimizin çəkdiyi əziyyətə görə, həm də xərclənən vəsaitə görə maksimum dərəcədə bu dairədə nəticələrin ləğvinə çalışacağıq.

Hazırda 9 namizəd seçki hüquqlarının pozulması və nəticələrin tanınmaması ilə bağlı birgə bəyanat imzalayıb”.

B.Hacıyev bildirib ki, nəticələr onun xeyrinə dəyişməzsə, növbəti seçkilərdə müabarizəni davam etdirəcək

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Natiq Cəfərli Modern.az-a deyib ki, heç tanımadığı insanlar onun hesabına 806 manat vəsait yatırıblar:

“Həmin vəsaiti çap materiallarına xərclədik. Öz vəsaitim və dostlarımın veridiyi vəsaitlər də vardı. Bu da təqribən min manata yaxın idi. Onu da yenə çap materiallarına və nəqliyyat xərclərinə sərf etdik. Çünki bizim komandanın üzvləri könüllülər idi. Heç bir ödəniş edilmədən könüllü çalışan təşkilat üzvləri idi. Ümumilikdə 2 min manat elə də böyük məbləğ deyil və təcrübə üçün xərcləməyə dəyərdi. Mən 12 saylı dairədə çox böyük şok yaşadım. Lökbatanın özü, qəsəbə, Sulutəpə, Xocəsən və s. də insanların sosial problemlərinin nə dərəcədə çox və yaşam səviyyəsinin nə dərəcədə ağır olduğunu gördük. Kampaniya dönəmində həmin qəsəbələri, kəndləri ev-ev gəzdik, insanları dinlədik, problemlərini gördük. Ölkədə sosial vəziyyətin yaxşılaşdırılması üçün kifayət qədər ehtiyac yarandığını hiss etdik.

Biz siyasi təşkilatıqsa və mən bu təşkilatın aparıcı simalarından biri kimi seçkilərdə iştirak edəcəyəm. Bu seçki müddətində qazandığımız təcrübəni, buraxdığımız səhvləri ciddi təhlil edərək, gələn seçkilərdə daha ciddi nəticələr göstərməyə əminəm və buna çalışacağam. Bu seçkilərdə ən pis cəhət o oldu ki, ciddi müşahidə apardığım məntəqələrdə udmuşam. Amma hərbi hissələr, qapalı müəssisələrdə harada ki, təqribən 4 minə yaxın seçici qeydiyyatdadır. Onlara bizim nəzarət etmək imkanımız yox idi. Məhz həmin yerlərin hesabına “rəqibim” “qalib oldu”. Bu məndə bir az xəyal qırıqlığı yaratdı”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Bu gün, 13:10
  • 10
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 049
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 739
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter