• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

BİR YAZIYA CAVAB ƏVƏZİ…

Yalan ayaq tutar, lakin heç vaxt yeriməz.
Böhtan isə yalanla əl-ələ verəndə cəmiyyət üçün zəhərə çevrilir.


Müstəqil Azərbaycanın tarixində mətbuat azadlığı ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə təmin olunmuş, sovet dövründən qalma senzura birdəfəlik ləğv edilmişdir. Bu azadlıq sözün əsl mənasında cəmiyyətə xidmət etməli olduğu halda, təəssüf ki, bəzi media adı daşıyan platformalar bunu şəxsi maraqlar, sifarişli yazılar və şantaj alətinə çevirmişdir. Belə “media”ların aqibətinin hüquqi müstəvidə necə bitdiyi isə tarixdən hər kəsə məlumdur.
Bu gün ölkəmizdə aparılan uğurlu daxili və xarici siyasəti nəticəsində dövlətçilik tariximizin ən şərəfli səhifələrinin yazıldığı bir zamanda, ucuz sensasiya naminə ölkənin tanınmış ziyalılarının, dövlət qulluğunda çalışmış və çalışan şəxslərin adını böhtanla hallandırmaq açıq-aşkar təxribatdır.
Son günlər özünü media kimi təqdim edən, lakin ictimai çəkisi və etibarı olmayan bir resurs yenə də köhnə ampluasındadır. Fakt yox, sifariş; araşdırma yox, böhtan; jurnalist etikası yox, çirkin niyyət. Ona müraciət edən bir şəxsin uydurma iddialarını heç bir yoxlama aparmadan, qarşı tərəfin mövqeyini öyrənmədən tirajlamaq jurnalistika deyil, şantajdır.
Söhbət Şəmkir rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əliyev Asəf Sakit oğlundan gedir. Bu şəxsin illərdir öz ailə üzvləri ilə daimi mübahisədə olması, yola getməməsi, mülkiyyət üstündə davamlı mübahisələr aparması, məhkəmə və şikayət yolu ilə deyil, intriqa və təzyiq yolu ilə məqsədinə çatmağa çalışması regionda hər kəsə məlumdur. İndi isə həmin şəxsin şəxsi münaqişəsini “məmur təzyiqi” adı altında ictimailəşdirməsi riyakarlığın zirvəsidir.
Sahibkar, "Sakit" Ailəvi restoranın sahibi Asəf Əliyevə və onun qardaşına ataları Sakit Əliyevdən qalan böyük mülküyətin Asəfin qardaşına məxsus olan hissəsini bir xeyli müddət əvvəl Yusifov Cavanşirin qohumlarına rəsmi qaydada, saytda göstərilən şişirdilmiş qiymətə yox, hər iki tərəfi qane edən razılaşma əsasında satılmışdır.
Lakin, bir neçə müddət keçəndən sonra bəlli olur ki, Asəf Əliyevin qardaşı ata mülkünün ona məxsus olan hissəsini Asəf Əliyevin ona qarşı yaratdığı problemlərə görə satmışdır. Hətta, onların anaları mülkün bir hissəsini satdıqları şəxslərə xeyir dua verərkən bildirib ki, “Allah sizə kömək olsun ki, mülkün o biri oğluma aid olan hissəsini yaxşı ki, aldınız, yoxsa burada qardaşlar arasında ölüm hadisəsi də ola bilərdi”.
Sonralar Asəf Əliyev onların mülklərinin bir hissəsini alan şəxslərə öz tanışları vasitəsi ilə xəbər göndərir ki, mülkün qalan hissəsini də məndən alsınlar, yoxsa onlara problem yaradacam. Ancaq mülkün onda qalan hissəsinin qiymətini real bazar qiymətindən xeyli baha təklif edir, əgər buna təklif demək olarsa.
Asəf Əliyev qarşı tərəfdən alışdan imtina cavabı aldıqdan sonra, doğrudan da sözünə əməl edərək qarşı tərəfə ciddi problemlər yaratmağa başlayır, bu məsələyə bir neçə halda polis orqanı da qarışmışdır.
O vaxtdan alqı-satqı yolu ilə satılmış obyektin yeni sahiblərinə qarşı bilərəkdən süni maneələr yaratmış, onların fəaliyyətini iflic etməyə çalışmışdır. Yuxarıda qeyd edilən saytdakı yazıda göstərilir ki, guya satılmış obyektin müştəriləri maşınlarını gətirib ona məxsus yerdə saxlamaları ona maneçilik törədir. Hansı ki, həmin yer, inzibati ərazi baxımından bələdiyyəyə məxsusdur. Orada istənilən adam, yoldan keçə bilən də gətirib maşını saxlaya bilər. Yəni bu ərazi Asəf Əliyevə məxsus deyildir.
Hətta, bir dəfə mülkün bir hissəsini satdıqları şəxslərin idarə etdikləri obyektdə şəhid ailəsinin övladının kiçik toy mərasimində bilərəkdən özünün minik maşınını yüksək sürətlə sürərək toy mərasimi keçirilən zala insanların girib çıxdığı qapının qabağında saxlayır, nəticədə toy mərasiminin gedişini 3 saata yaxın müddətdə dayandırır və özü isə qaçıb gedir. Xeyli axtarışdan sonra Asəf Əliyevin köməkçisi onu tapır və açarı ondan alaraq maşını zalın qapısından kənarlaşdırır. Bu hadisə rayonda hər bir kəsə məlumdur.
İndi isə özünün törətdiyi əngəlləri ört-basdır etmək üçün qonşu obyektin sahibinin dövlət qulluğunda çalışan qohumların adlarını məqsədli şəkildə hallandırır. Guya bu işin arxasında Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusifov, vaxtilə Maliyyə Nazirliyində yüksək vəzifə tutmuş Cavanşir Yusifov, onların ailə üzvləri dayanır. Hansı ki bu şəxslər tutduqları vəzifədən aslı olmayaraq dövləti, dövlətçiliyi dəstəkləyib, daimi əməlləri ilə ölkə prezidentinin yanında olmağı sübut ediblər. Elə buna görə də bu kimi heç bir fakta söykənməyən iftira, nə sənədlə, nə də məntiqlə sübut olunan iddiadır — bu, açıq böhtandır.
Reallıq isə tam fərqlidir. Asəf Əliyev qardaşının satdığı obyektlə bağlı sonradan yaranmış şəxsi münaqişə zəminində yuxarıda qeyd edildiyi kimi dəfələrlə avtomobilini obyektin qarşısında saxlayaraq gediş-gəlişi bağlamış, süni gərginlik yaratmışdır. Özünün mülkiyyətində olan restorana gələn müştərilərin avtomobillərini qəsdən həmin obyektin qarşısında saxlatdırmaqla qalmaqal yaratmağa cəhd etmişdir. Bu faktlar ərazidə yaşayan sakinlərə və obyekt sahiblərinə yaxşı bəllidir.
Onu da qeyd etməyi özümüzə borc bilirik ki, Asəf Əliyev camaat arasında olduğu zaman çox vaxt özünü qəribə aparır, yəni onun hərəkətləri, danışığı və əhvalı çox suallar yaradır. Bəlkə də bütün bu münaqişənin mənbəyi də Asəf Əliyevin səbəbi böyük şübhə doğuran əhvalda olmasıdır.
Daha acınacaqlısı odur ki, bu şəxs sosial şəbəkələrdə sifarişli yazılar paylaşdırmaqdan, hətta vaxtilə rayonlardan birinin Təhsil şöbəsinin müdiri vəzifəsində işlədiyi müddətdə yol verdiyi yeyinti faktlarına görə işdən çıxarılmış şəxsin rəyindən “arqument” kimi istifadə etməkdən belə çəkinmir. Bu isə yayılan məlumatların hansı niyyətlə dövriyyəyə buraxıldığını tam aydın göstərir.
Buradan açıq şəkildə bəyan edirik: böhtan yazmaq jurnalistika deyil, məsuliyyətsizlikdir. Media adı altında kiminsə şəxsi münaqişəsinə alət olmaq peşə etikası yox, hüquqi məsuliyyət yaradan əməldir. Əgər bu iddiaların bir cümləsi belə faktla sübut olunmasa, bunun adı söz azadlığı yox, cinayətdir.
İnanırıq və tələb edirik ki, aidiyyəti dövlət qurumları bu məsələni ciddi nəzarətə götürəcək, məqsədli şəkildə böhtan və iftira yayan media resurslarına, eləcə də onları bu yola sövq edən şəxslərə hüquqi qiymət veriləcəkdir. Heç kim media pərdəsi altında dövlət məmurlarının və ziyalıların şərəf və ləyaqətinə toxunmaq hüququna malik deyil.
Amma, biz hörmətli həmkarlarımıza nisbətən, jurnalist etikasın və obyektivliyi gözləyərək bildiririk :—Qarşı tərəfin mövqeyin öyrənib, dərc etməyə hazırıq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 32 dərəcə isti olacaq

  • Bu gün, 14:22
  • 6
  • 0

Bakıda yeni körpü tikilir

  • Bu gün, 11:37
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter