• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib


Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Tədbirdə Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak ediblər.

İftar mərasimi "Qurani-Kərim"dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Ramazan ayının əhəmiyyəti barədə danışıb, Azərbaycandakı dövlət-din münasibətləri və dini tolerantlıq mühitini qeyd edib. Bildirib ki, Azərbaycan dünyada İslam dəyərlərini, maraq və mənafelərini müdafiə edən, İslam həmrəyliyinə mühüm töhfələr verən, islamofobiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirən dövlətdir.

Sonra Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və digər qonaqlar çıxış ediblər. Çıxışlarda Azərbaycanın beynəlxalq səviyyədə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində atdığı addımlar yüksək qiymətləndirilib, ölkəmizin bu sahədə nümunəvi model formalaşdırdığı vurğulanıb.

Daha sonra iftar süfrəsi açılıb.

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilibMüqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilibMüqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilibMüqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilibMüqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilibMüqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilibMüqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter