Azərbaycanda nə qədər xarici ölkə vətəndaşı yaşayır?
- 17.07.2026, 11:08,
- Cəmiyyət
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda 12444 nəfər xarici ölkə vətəndaşları yaşayır.
Bu barədə Ölkə.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, Azərbaycanda daimi yaşayan xarici ölkə vətəndaşlarının sayına dair statistik məlumatlar ölkəmizdə hər 10 ildən bir keçirilən əhalinin siyahıyaalınması nəticəsində əldə edilir:
"2019-cu ildə keçirilmiş əhalinin son siyahıyaalınmasının yekun məlumatlarına əsasən Azərbaycanda daimi yaşayan xarici ölkə vətəndaşlarının sayı 12444 nəfər olub".