• 14:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 12:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 10:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

Sərt karantinlə bağlı XƏBƏR — QADAĞALAR LƏĞV EDİLİR...

Sərt karantinlə bağlı XƏBƏR — QADAĞALAR LƏĞV EDİLİR...


"Son günlər yoluxmaların sayı ilə sağalanların sayı təxminən eyni səviyyə çatıb. Bu da yeni yumşaldıcı qərarların qəbul olunmasına zəmin yaradır".
Bu sözləri Redaktor.az-a millət vəkili Azər Badamov ölkədə karantin qaydalarının yumşaldılması haqqında danışarkən deyib.

"Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəmizdə gündəlik koronavirusa yoluxmaların monitorinqini keçirir və vəziyyətə uyğun qərarlar qəbul edilir. Əvvəl ölkədə sərt karantin rejimi tətbiq edildi, daha sonra vəziyyət analiz olundu və yumşalmalar həyata keçirildi.
Hər dəfə karantin rejiminin sərtləşdiriliməsi qərarı qəbul olunanda ölkədə bütün rayonlar üzrə ayrı-ayrılıqda yoluxma dinamikası öyrənilir və sonra qərar verilir. Hazırda müəyyən yumşalmalar olsa da, 13 şəhər və rayonda sərt karantin rejiminin tətbiqi qalmaqdadır. Son günlərin dinamikası göstərir ki, yoluxanların sayı sağalanlarla təxminən eyni səviyyə çatıb. Bu da yeni yumşaldıcı qərarların qəbul olunmasına zəmin yaradır”, - deyə A. Badamov bildirib.

A. Badamov dünyada da artıq karantin qaydalarında bir sıra yumşaldılmaların həyata keçdiyini bildirib:

"Dünya praktikasında da artıq iqtisadi sahələr üzrə tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılıb. Düşünürəm ki, Operativ Qəragah ölkəmizdə də qeyd etdiyim sahələrdə yaxın zamanlarda yumşalmalar həyata keçirəcəkdir. Bütün bunlarla yanaşı tibbi maskanın taxılmasına və xüsusi qaydalara riayət olunmasına nəzarət gücləndirilməlidir. Hazırda vəziyyət ondan ibarətdir ki, biz koronavirusla yanaşı yeni qaydalara uyğun həyat-şəraitinə uyğun yaşamalıyıq. Düşünürəm ki, ən düzgün qərarları Operativ Qərargah qəbul edəcək”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 191
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 561
  • 21
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter