Parlamentin görüş və iclas salonlarına adlar verildi
- 27.08.2020, 12:16,
- Cəmiyyət
Baxılıb: 83
Facebook
Вконтакте
Одноклассники
Google+
Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin inzibati binasında mövcud olan görüş otaqlarının və iclas salonlarının adlandırılması haqqında Sərəncam imzalayıb.
Bu barədə “Ölkə.Az”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.
Sərəncama əsasən, xalqımızın və dövlətimizin tarixi-mədəni irsinin yaşadılması, nəsildən-nəsilə ötürülməsi işinə töhfə vermək məqsədi ilə parlamentin inzibati binasında olan görüş otaqlarına və iclas salonlarına aşağıdakı adlar verilib. İclas salonları müvafiq olaraq “İstiqlal”, “Respublika”, “Qarabağ”, “Xəzər” və “Xarı bülbül” bağı, görüş otağları isə “İpək yolu” və “Odlar yurdu” olaraq adlandırılıb.
Bununla yanaşı, bildirmək istəyirik ki, Milli Məclisin inzibati binasında deputatların fəaliyyəti üçün müasir texnologiyaların nailiyyətlərindən istifadə etməyə imkan verən plenar İclas zalı və müstəqil Azərbaycanın memarı olan ümumilli liderin adını daşıyan, müxtəlif eksponatlara və nəşrlərə malik Heydər Əliyev xatirə zalı fəaliyyət göstərir.