• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Azərbaycanda karantin rejiminin uzadılması ilə bağlı — VACİB AÇIQLAMA

Azərbaycanda karantin rejiminin uzadılması ilə bağlı — VACİB AÇIQLAMA


Azərbaycanda sərt və ümumi karantin rejiminin sentyabrın 1-də bitməsi nəzərdə tutulur. Lakin karantin rejimin yenidən uzadılması ehtimalı böyükdür. Çünki yoluxanların sayı 3 rəqəmdən aşağı düşməyib. Bundan əlavə gündəlik yoluxanların sayı sağalanlardan xeyli çoxdur.
Bununla bağlı fikirlərini konkret.az-a bölüşən deputat Ramil Həsən bildirib ki, 13 şəhər və rayonda sərt karantin rejimi sentyabrın 1-nə kimi uzadılmışdı:

“Eləcə də bütün ölkə üzrə tətbiq edilən ümumi karantin rejiminin də sentyabrın 1-i bitməsi nəzərdə tutulur. Sentyabrın 1-dən sonra Operativ Qərargah son günlər yoluxanların sayının artma, azalma və sağalma dinamikasını, bu xəstəlikdən gündəlik ölənlərin sayını nəzərə alaraq bundan sonrakı mərhələ üçün qərarlarını verəcəkdir. Bu qərarlar vətəndaşlarımızın təhsillə, iş yerlərin açılması və rayonlara-gediş gəlişin təmin edilib-edilməməsini özündə ehtiva edəcək. Mənə elə gəlir ki, bu qərar yaxın bir neçə gündə açıqlanacaq. Biz arzu edərdik ki, son bir neçə gündə sağalanların sayı artsın, yoluxanların sayı kəskin düşsün. Ölüm sayları ümümiyyətlə olmasın”.

Milli Məclisin üzvü “COVİD 19″un yox olması ilə bağlı danışmağın hələ tez olduğunu deyib:
“Ən azından koronavirusla mübarizə çərçivəsində lazımi tədbirlər alaraq müəyyən yumşalmaların olmasını arzu etməkdəyik. İş yerlərimiz açılsın. Cənab prezident vurğuladı ki, Azərbaycanda sahibkarlar ölkə iqtisadiyyatına sərmayə yatırıb, yeni iş yerlərin açılamasında iştirak etsin. Yeni müəssisələr fəaliyyətə başlasın. Ali və orta məktəblər, baxçalarla bağlı qaydalar müəyyənləşərək açılsın. Beləliklə də övladlarımızın təhsillə bağlı qarşılaşdığı problemlər ortadan qalxsın. Bu arzularımızın gerçək ola bilməsi üçün və koronavirusla bir müddət hələ də yaşayacağımızı göz önünə alaraq yeni sosial məsuliyyətimizi dərk etməliyik. Düşünürəm ki, yoluxanların sayı azalarsa, növbəti mərhələ üçün qərar da ona uyğun veriləcək. Koronavirusla mübarizə hələ dünyada davam etdiyi üçün, ölüm halları 820 mini, yoluxanların sayı isə 24 milyonu ötdüyü üçün qonşu ölkələrimiz karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı qərarlar qəbul etdi”.

Ramil Həsən fikrini belə tamamlayıb:

“Bütün bunları nəzərə alaraq bildirim ki, bizdə də karantin rejimi yenidən uzadılacaq. Amma sərt karantin rejiminin sentyabrın 1-dən sonra da davam edib-etməyəcəyini Operativ Qərargah tərəfindən veriləcək qərardan sonra biləcəyik. Hər birimizi qoyulan qaydalara əməl etməyə çağırıram”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 023
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 712
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter