Zaman Vediyev: Regionlarda daha çox vətəndaşa telekommunikasiya xidmətlərindən istifadə imkanı yaradılıb
- 14.09.2020, 08:30,
- Cəmiyyət
Baxılıb: 123
Facebook
Вконтакте
Одноклассники
Google+
“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin etdi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC tərəfindən telekommunikasiya xidmətlərindən istifadə edənlərin sayı və əhatə dairəsi genişləndirilib.
Artıq 700 mininci ev qurumun telekommunikasiya xidmətləri ilə təmin edildi.
“Aztelekom” ailəsinə yeni qoşulan ev İmişli rayon Aranlı kənd sakini, 2-ci qrup Qarabağ əlili Həsənov Aydın Hüseynağa oğluna məxsus olub.
Qurumun adından “Aztelekom” MMC-nin Kommersiya departamentinin direktoru Elçin Cabarov 700 mininci abunəçini təbrik edərək ona modem və digər hədiyyələr təqdim edib, telefondan, internetdən 6 ay ərzində ödənişsiz istifadə edəcəyini söyləyib.
Abunəçi Həsənov Aydın Hüseynağa oğlu öz növbəsində yeni evdə telefon və internetdən istifadə edə biləcəklərinə çox sevindiklərini bildirib və yaradılan imkana görə təşəkkür edib.
“Aztelekom” rəsmisi qurumun regionlarda İKT infrastrukturunun müasir tələblər səviyyəsində təmin edilməsi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində gördüyü işlər haqqında məlumat verib: “Həyata keçirilən infrastruktur layihələri nəticəsində göstərilən xidmətlərin keyfiyyəti və çeşidləri artırılır, müştəri məmnuniyyəti təmin olunur. Müasir xidmətlərin çeşidini və həcmini artırmaq üçün mis xətlər vasitəsilə təklif edilən genişzolaqlı internet xidmətləri fiber-optik texnologiyalara əsaslanan xidmətlərlə əvəz edilir”.
Əlavə edib ki, eyni zamanda telekommunikasiya xidmətlərinin ölkəmizdə müasir dünya standartlarına çatdırılması məqsədilə magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərinə başlanılıb. Layihə çərçivəsində telekommunikasiya qovşaqlarında müasir avadanlıqlar quraşdırılır, əlavə magistral fiber-optik xətlər çəkilir. Layihə nəticəsində regionlara ötürülən trafikin həcmi dəfələrlə artırılıb.
Onun sözlərinə görə, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və çeşidlərin artırılması ilə bağlı hazırlanmış layihələr əsasında hazırda 4 regionda şəbəkənin yenidənqurma işləri aparılır, növbəti mərhələdə 6 regionda belə işlərin görülməsi planlaşdırılır. Xidməti ərazilərimizdə kabelləşdirilməsi çətin olan, dağlıq relyefdə yerləşən yaşayış məskənləri mövcuddur. Bu ərazilərdə xidmətlərə əlçatanlığı təmin etmək üçün 4-cü nəsil simsiz rabitə texnologiyalarından istifadə etməklə şəbəkə qurulur.
Qeyd edək ki, “Aztelekom” MMC koronavirus pandemiyası ilə əlaqədar əhalini fasiləsiz və dayanıqlı telekommunikasiya xidmətləri ilə təmin etmək üçün qabaqlayıcı və məqsədyönlü tədbirlər görür, texniki heyət gücləndirilmiş rejimdə, növbəli iş prinsipi ilə fəaliyyət göstərir.
Regionlarda daha çox vətəndaşa telekommunikasiya xidmətlərindən istifadə imkanı yaradılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yeni növ koronavirus (COVID-19) pandemiyası zamanı da əhalinin telekommunikasiya xidmətlərinə olan tələbatının ödənilməsi üzrə çoxsaylı işlər həyata keçirilir.
Növbəti olaraq nazirliyin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti bir sıra rayonlarda yeni Elektron ATS-lər qurub, nömrə tutumlarını artırıb.
Görülmüş tədbirlər nəticəsində İsmayıllının Külüllü, Gədəbəyin Qaradağlı, Qəbələnin Abdallı, Qusarın Bədirqala, Biləsuvarın Səmədabad, Ağdamın Təzəkənd, Qobustanın Poladlı, Hacıqabulun Nəvai kəndlərində və Ağcabədi rayonunun Üzeyir Hacıbəyli prospektində yeni Elektron ATS-lər sakinlərin istifadəsinə verilib.
Bundan başqa Ağdamın Təzəkənd, Qəbələnin Məmmədağalı, Zaqatalanın Gözbarax, Danaçı, Lahıc, Qobustanın Poladlı, Hacıqabulun Nəvai kəndlərində mövcud EATS-lərin nömrə tutumları artırılıb.
Qeyd edək ki, daha çox vətəndaşa telekommunikasiya xidmətlərindən yararlanmaq imkanının yaradılması üçün işlər davam etdiriləcək.
"Aztelekom”un baş direktor müavini Zaman Vediyev dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Zaman Vediyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Aztelekom”un baş direktor müavini Zaman Vediyevdir.
"Aztelekom”un baş direktor müavini Zaman Vediyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Zaman Vediyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Zaman Vediyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Zaman Vediyevdən danışdılar yaxşı ki, Zaman Vediyev "Aztelekom”un baş direktor müavinidir…Zaman Vediyev öz isguzarlığı ilə tanınır və seçilir….
Zaman Vediyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Zaman Vediyevi heç vaxt əqidəsindən döndərə bilməz.
Zaman Vediyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Zaman Vediyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Zaman Vediyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Zaman Vediyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Zaman Vediyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
"Aztelekom”un baş direktor müavini Zaman Vediyev - Vaxtında atılan addımlar, verilən müdrik qərarlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, möhtərəm Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır Azərbaycan koronavirusa qarşı mübarizədə müsbət və inamlı nəticələr əldə edib
Hazırda dünyanın ən böyük problemi olan koronavirus pandemiyasının qarşısının alınması məqsədilə bütün dövlətlər qabaqlayıcı tədbirlər görür, virusun təsirinin azaldılması üçün addımlar atırlar. Ən inkişaf etmiş dövlətlərdə də koronavirus infeksiyasının yayılması sürəti göz qabağındadır. Azərbaycan dövləti isə əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, ən təxirəsalınmaz tədbirləri həyata keçirir. Bu olduqca təhlükəli virusdan Azərbaycan əhalisinin sağlamlığının qorunması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı görülən mühüm işlər uğurlu nəticələrini göstərməkdədir. Respublikamızın bütün bölgələrindən vətəndaşlarımız tərəfindən Prezident İlham Əliyevə ünvanlanan çoxsaylı minnətdarlıq məktubları bunu əyani təsdiq edir.
Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət nəticə verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır.
Koronavirus xəstəliyi bundan sonra da nəzarət altında saxlanılacaq. Artıq üç həftədir ki, bu müsbət dinamika müşahidə edilir. İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.
Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub.
Eyni zamanda, nəzərə alsaq ki, xəstələrin sayı artmaqda idi və baxmayaraq, mövcud xəstəxanalar kifayət qədər imkanlarımızı genişləndirib, amma yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir.
Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. İki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsiməsələləri həll edildi, qısa müddət ərzində hazır vəziyyətə gətirildi.
İqtisadi və sosial məsələlər də öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür. 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi.
Koronavirusla bağlı mübarizədəaddımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq. Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur. Bütün rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır.
Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarə olmayacaq, rejim yenə də sərtləşdiriləcək.
Müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir.
Bu xəstəlik yoxa çıxmayıb. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır.
Bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir.
Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamı məsuliyyətli olmalıdır. Əgər belə olsa, qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıtmaq mümkün ola bilər.
Vaxtında atılan addımlar, verilən müdrik qərarlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, möhtərəm Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xalqının rifahı onun üçün hər şeydən üstündür. Təxirəsalınmayan genişmiqyaslı tədbirləri, ölkə başçısının uzaqgörən fəaliyyətini, respublikamızın hər bir vətəndaşına göstərilən diqqət və qayğını minnətdarlıqla alqışlayırıq.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 208
- 5 504
- 10-02-2022, 10:36
- 28 453
- 244
- 7-04-2022, 11:57
- 21 629
- 207
- 26-04-2019, 16:16
- 16 182
- 46
- 18-09-2019, 10:29
- 13 690
- 119
- 12-12-2020, 12:00
- 13 434
- 92
- 11-04-2022, 16:00
- 11 889
- 12
- 15-05-2019, 20:27
- 11 114
- 54
- 24-05-2020, 23:28
- 10 021
- 3
- 26-04-2019, 15:39
- 9 520
- 100
- 27-04-2019, 10:08
- 9 082
- 2
- 23-10-2019, 21:00
- 8 099
- 1
- 29-11-2019, 09:00
- 7 947
- 3
- 13-05-2020, 22:05
- 7 803
- 0
- 28-04-2019, 20:56
- 7 569
- 2
- 23-04-2019, 21:57
- 7 341
- 2
- 11-03-2022, 12:24
- 310 208
- 5 504
- 10-02-2022, 10:36
- 28 453
- 244
- 7-04-2022, 11:57
- 21 629
- 207
- 7-11-2019, 09:36
- 6 147
- 128
- 18-09-2019, 10:29
- 13 690
- 119
- 26-04-2019, 15:39
- 9 520
- 100
- 12-12-2020, 12:00
- 13 434
- 92
- 10-02-2023, 10:54
- 4 348
- 59
- 22-12-2021, 14:22
- 4 796
- 58
- 15-05-2019, 20:27
- 11 114
- 54
- 26-04-2019, 16:16
- 16 182
- 46
- 14-01-2020, 09:33
- 6 847
- 20
- 11-04-2022, 16:00
- 11 889
- 12
- 27-03-2021, 14:25
- 5 017
- 7
- 29-11-2021, 09:36
- 4 609
- 5
- 29-09-2020, 11:15
- 5 032
- 5
- 24-09-2020, 11:41
- 5 067
- 5
- 16-05-2019, 14:19
- 6 961
- 5
- 15-05-2019, 09:47
- 5 301
- 5
SOSİAL ŞƏBƏKƏLƏR