29 iyun tarixində keçirilməli olan ATƏT-in illik Vyana Təhlükəsizlik Konfransı baş tutmadı.
Bunu Caliber.Az diplomatik mənbələrə istinadən xəbər tutub.
Hələ bir müddət əvvəl təşkilatın hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde konfransın uğursuzluqla nəticələnəcəyini anons etmişdi.
Onun sözlərinə görə, uğursuzluğun səbəbi ənənəvi olaraq ATƏT-in əsas tədbirlərindən biri sayılan forumun keçirilməsinə dair razılığın əldə edilməməsidir.
İsveç təşkilatın sədri olaraq Avropa ictimaiyyətini konfransın keçirilməsi üçün əlindən gələni etdiyini bildirib.
Lakin bunun üçün faktiki olaraq forumun keçirilməsinə blok qoyan Ermənistanı razı salmaq lazım idi.
Ermənistanın bu forumun qarşısını almaq üçün öz veto imkanından istifadə etməsinin səbəbi nədir?
Bu suala cavab verməkdən öncə xatırlayaq ki, martın sonunda İrəvan ATƏT-in illik büdcəsinin qəbul edilməsinə qarşı çıxaraq və Ukraynadakı xüsusi monitorinq missiyasına əngəl olaraq təşkilatın fəaliyyətini sabotaj edib.
ATƏT-in rəhbərliyi və rəsmi Kiyev Ermənistanın açıq-aşkar Rusiyapərəst mövqeyindən narazılığını bildirdi. Əslində bu təəccüblü olmamalıydı, belə ki, Qarabağ müharibəsində Ermənistanın sarsıdıcı məğlubiyyəti bu ölkəni onsuz da beynəlxalq münasibətlərdəki mövcud olan məhdud suverenlikdən də məhrum etdi.
Və indi də Ermənistan bir daha beynəlxalq oyunçu kimi özünün etibarsızlığını, Avropanın əsasını təşkil edən beynəlxalq hüququn əsas prinsipləri və normalarını rəhbər tutmaq istəmədiyini bir daha göstərdi.
İrəvan Vyana Təhlükəsizlik Konfransının keçirilməsini blok edərək, əslində aktual hərbi-siyasi problemlərin ATƏT platformasında əsaslı müzakirəsinə qarşı çıxdı.
Ermənistanın mövqeyinin əsas səbəbi bu konfrans vasitəsilə Azərbaycana ərazi iddialarından irəli gələn fikirlərinin Cənubi Qafqaz bölgəsinin bu günü və gələcəyi barədə təsəvvürlərinin mümkünsüzlüyünün dərk edilməsindən irəli gəlir. Yeni regional reallıqlar Qarabağın Ermənistan tərəfindən işğalının sona çatması və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə qeyd olunan 44 günlük müharibənin nəticələrinə əsaslanır.
Əgər əvvəlki illərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə birini idarə edən Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ümumavropa ictimaiyyətinin əsas dəstəyini ala bilməyibsə, münaqişə keçmişdə qaldıqdan sonra Vyana Konfransından nə gözləyirdi ki? Sözsüz ki, müharibəni uduzan Ermənistanın sona çatan münaqişə bölgəsindəki yeni geosiyasi gerçəyi inkar etməyə çalışdığını nəzərə alsaq, özünə təsəlli verəcəyi bir şey yoxdur.
Lakin İrəvanın bu cür cəhdləri tamamilə ümidsizdir, buna görə də Ermənistanın gücü ancaq nüfuzlu ATƏT konfransını əngəlləməyə çatır. Üstəlik, Avropada bu addıma görə İrəvanı çox danlamağa imkan verməyənlər həmişə tapılacaq. Əgər Ermənistan 30 il Azərbaycan ərazilərini işğal altında saxlaya bilirdisə, müqayisədə, bu heç də ciddi məsələ deyil...
Amma Ermənistan üçün problem ondan ibarətdir ki, hətta ATƏT kimi dünya nizamının əsas təsisatlarının fəaliyyətini əngəlləmək belə İrəvanın bu gününkü vəziyyətini asanlaşdırmır və daha yaxşı bir gələcəyə nail olmağa kömək etmir. Maraqlıdır ki, ümumavropa birliyinin ən zəif həlqəsi adlandırıla bilən bir ölkə ATƏT çərçivəsində veto hüququndan istifadə etdi.
İrəvanda siyasi təsisatlarının iflic vəziyyətdə olduğunu nəzərə alsaq Vyana konfransını bloklamağa ümumiyyətlə kimin qərar verdiyi maraq doğurur. Axı Ermənistan Xarici İşlər Nazirliyində bir neçə həftədir nazir və müavinlər yoxdur.
Ümumiyyətə, beynəlxalq aləmdə imicinin çoxdan diplomatik cəhətdən düzgün tərifi tapılmaqda çətinlik çəkilən Ermənistana XİN başçısı və müavinlər lazımdırmı?