Türkiyədə yanğından sonra sel fəlakəti: ölənlərin sayı artdı - FOTOLAR
- 13.08.2021, 10:21,
- Dünya
Baxılıb: 33
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə yanğınlardan sonra bu dəfə də sel fəlakəti yaşanır.
Türkiyə mətbuatı xəbər verir ki, Qaradəniz bölgəsinə yağan intensiv yağşılar selə və torpaq sürüşməsinə səbəb oluB.
Su basqınları nəticəsində yüzlərlə insan təxliyyə edilib, mənzillər istifadəyə yararsız hala düşüb.
Türkiyənin Təbii Fəlakət və Təcili Yardım İdarəsi sel nəticəsində Kastamonu şəhərində 25, Sinopta isə 2 nəfərin həlak olduğunu açıqlayıb.
Bartın şəhərində isə itkin düşmüş şəxsin axtarışları davam edir
Türkiyənin Daxili işlər naziri Süleyman Soylu sel daşqınlarından ən çox zərər görən bölgənin Kastamonu olduğunu söyləyib. Nazir bildirib ki, ərazidəki ıəlakıət digər bölgələrdən 5 dəfə daha çoxdur.
Qeyd edək ki, iyulun son ongünlüyündə Türkiyənin 35 şəhərində baş vermiş yanğınlar artıq söndürülüb.