• 12:16 – Prezident yeni nəsil metro qatarları ilə tanış oldu - YENİLƏNİB 
  • 10:59 – İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub 
  • 10:55 – Prezident yeni nəsil metro qatarları ilə tanış oldu 
  • 12:03 – Prezident Bakıda yeni salınan parkda - FOTOLAR 

Amerikalı politoloq: “Türkiyənin Qafaqazda, Orta Asiya və Əfqanıstanda təsir dairəsi genişlənməkdədir”

  • 20.09.2021, 12:53,
  • Dünya
  • Baxılıb: 47
Amerikalı politoloq: “Türkiyənin Qafaqazda, Orta Asiya və Əfqanıstanda təsir dairəsi genişlənməkdədir”


Amerikalı politoloq, Duqlas və Sara Allison Xarici Siyasət Mərkəzinin rəhbəri Lyuk Cofi hesab edir ki, son 5-6 ildə Türkiyənin dünyadakı rolu artmaqdadır və bunun nəticəsi olaraq Yaxın Şərq, Qafqazda, Orta Asiya və Əfqanıstanda təsir dairəsi genişlənməkdədir.
“Anadolu” xəbər verir ki, amerikalı politoloq Cofi Tükiyənin artıq daha təsirli bir aktyor rolunu oynamağa başladığını qeyd edib.

O, ABŞ-Türkiyə münasibətlərinin gərgin olmasına baxmayaraq hesab edir ki, Türkiyənin NATO-da olması ABŞ üçün çox böyük faydası var.

“Mən 7-8 il ərzində iki ölkə arasında gərgin münasibətlər yaşandı deyə, Türkiyə kimi 70 illik müttəfiqimizlə münasibətlərin soyumasının tərəfdarı deyiləm. Əksinə hesab edirəm ki, bizi birləşdirən daha çox məqamlar var və onlardan istifadə edib, ondan faydalanmaq lazımdır. Məsələn, Türkiyə Əfqanıstan məsələsində ABŞ üçün faydası ola bilər”- o qeyd edib.
Amerikalı politoloq onu da əlavə edib ki, Türkiyə Əfqanıstanda Talibanla koordinasiya rolunu oynaya bilən yeganə dövlətdir: “Çünki bütün tərəflər Türkiyənin Əfqanıstan məsələsində tərəfsiz vasitəçi rolunda ola bilən yeganə ölkə kimi görür. Məncə, Türkiyə və türk bayrağı tərəfsilziyin simvoludur. Ona görə də Türkiyənin vasitəçiliyi bu məsələdə önəmlidir. Bunun həm ABŞ, həm də əfqan xalqına faydası olacaq.

Burada məni narahat edən yeganə məsələ gələcəkdə Taliban daxilində birlik olmayacağı təqdirdə yaranacaq problemlərdir və hansı ki biz indidən bunun işarələrini görməkdəyik. Bax o zaman ciddi problemlər yarana bilər”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Xanım boksçumuzdan tarixi uğur

  • Dünən, 11:55
  • 26
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 7 579
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 037
  • 26
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter