“Ötən il baş verən İkinci Qarabağ müharibə regionun xəritəsini tamamilə dəyişdi və bu da Türkiyə-Ermənistan, münasibətlərinin normallaşması üçün böyük üstünlük yaratdı. Əvvəlki protokollardan fərqli olaraq Azərbaycan da artıq Ankara-İrəvan normallaşmanın əleyhinə deyil”.
“Bunu “Anadolu”ya açıqlamasında Regional Araşdırmala Mərkəzinin direktoru Riçard Kirakosyan İkinci Qarabağ müharibəsinin nəticələrini və təsirlərini şərh edərkən deyib.
Erməni ekspertin fikrincə, artıq Türkiyənin Ermənistanla normallaşmasında nəqliyyat, ticarət və infrastruktur kimi sahələrdə regionun bərpasında daha aktiv rol oynamaq üçün çox mühüm motivasiya var: “Bu həm də Rusiyanın bölgədəki təsirini balanslaşdırmağa imkan yaradar. Çünki Türkiyə bir çox aspektlərdə Rusiyaya qarşı mühüm alternativdir”.
O əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan təkcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan deyil, həm də Azərbaycan Prezidenti İlham Əliyevdən daha müsbət mesajlar alır: “Yəni liderlər daha yaxşı bir mühitin formalaşması çalışırlar. Xüsusən də kommunikasiyaların, sərhədlərin açılması, diplomatik münasibətlərin qurulmasını istəyirlər. Qarabağ müharibəsindən sonra normallaşma istiqamətində atılacaq addımlar daha güclü sülhə doğru atılmış bir addım olacaq”.
Bölgədə reallaşacaq nəqliyyat dəhlizi, xüsusən də zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunun Kirakosyan deyib ki, bu qaçılmaz bir prosesdir. “Odur ki, Naxçıvanı dəmir yolu ilə birləşdirəcək sazişin yaxın vaxtlarda açıqlanmasının gözlənilir”.
Ekspert onu da əlavə edib ki, sadəcə siyasətçilər bundan öz məqsədləri üçün istifadə edib məsələni şişirdib, spekulyasiya etməyə çalışırlar: “Amma bir analitik kimi deyə bilərəm ki, burada heç bir real təhlükə və ya risk yoxdur. Məsələn, hətta Naxşıvanla əlaqə yartamaq istəyən Azərbaycan da Ermənistanın suverenliyini qəbul edir. Odur ki, münasibətlərin normallaşması artıq “əgər” məsələsi deyil, “nə zaman” məsələsidir. Odur ki, mən gələn il bu istiqamətdə konkret addımlaırn olmasını gözləyirəm”.