• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Putinin “Yubanmadan! Dərhal, elə indi!” ultimatumuna Ağ ev nə dedi?

  • 24.12.2021, 10:44,
  • Dünya
  • Baxılıb: 107
Putinin “Yubanmadan! Dərhal, elə indi!” ultimatumuna Ağ ev nə dedi?


Rusiya prezidenti Vladimir Putinin ötən gün keçirdiyi mətbuat konfransında Qərbə onun ölkəsinə “dərhal, elə indi” təhlükəsizlik təminatı verməli olduğu barədə səsləndirdiyi ultimatuma ABŞ cavab vermək istəmir. Bununla belə Ağ ev bildirir ki, belə məsələləri Putinlə açıq debatda müzakirə etmək niyyətindən uzaqdırlar və Ukrayna ətrafına Rusiya qoşunlarının cəmləşdirilməsi ilə bağlı yaranmış situasiyanın Moskva ilə müzakirə ediləcəyi istisna deyil.

Ölkə.az xəbər verir ki, Putin bir neçə gün əvvəl Rusiya XİN-in saytında yerləşdirilmiş və ultmativ xarakter daşıyan təhlükəsizlik təminatı razılaşması layihəsində yer alan tələblərin qüvvədə qaldığını bildirib. Həmin layihədə NATO-nun və alyansa üzv ölkələrin keçmiş sovet respublikalarında hər hansı hərbi fəaliyyətinin istisna edilməsi, Ukraynanın bu bloka üzv qəbul edilməyəcəyinə dair təminat verilməsi kimi məsələlər əksini tapmışdı.

Putinin “Yubanmadan! Dərhal, elə indi!” ultimatumuna Ağ ev nə dedi?


“Siz bizə zəmanət verməlisiz. Siz! Və yubanmadan! İndi!” – Putin “Sky News” müxbirinin sualına cavabında deyib. O, Birləşmiş Ştatların Rusiya ilə sərhədə guya raket sistemləri yerləşdirməsi haqda Kremlin daha öncəki iddialarını bir daha dilə gətirib.

Son illər ABŞ NATO müttəfiqləri Rumıniya və Polşa ərazisinə raket əleyhinə “Aegis Ashore” sistemləri yerləşdirib. Vaşinqton bu ssistemlərin Avropanı İranın raketlərindən qorumaq üçün gərəkdiyini, Rusiyanın arselanına qarşı təsirli olmadığını vurğulayıb.

“ABŞ sərhədləri yaxınlığına bizmi raket yerləşdirmişik? Xeyr. Bizim evimizə, evimizin kandarına gələn ABŞ raketləridir… Bu, qeyri-adi tələbdir? Evimizin yanına daha hücum sistemi yerləşdirməmək? Burda qeyri-adi nə var?” – Putin bildirib.

Putinin “Yubanmadan! Dərhal, elə indi!” ultimatumuna Ağ ev nə dedi?


Ağ Evin vəzifəli rəsmiləri Rusiya prezidentinin NATO-nun Şərqi Avropada bütün fəaliyyətinin dayandırılmasına dair tələbinə reaksiya verməkdən imtina ediblər. Ağ Evin sözçüsü Cen Psaki deyib ki, diplomatik danışıqlar barədə hələ son qərar verilməsə də, ABŞ bu istiqamətdə işləməkdədir. Ağ evin nümayəndəsinin sözlərinə görə, hələlik baş verən yeganə təcavüzü Ukrayna ilə sərhəddəki Rusiya qüvvələri və cənab Putinin “davakar ritorikası” törədir.

Bu arada “The Independent” qəzetinin yazdığına görə Ağ Ev bildirib ki, Putinin NATO-dan Ukraynaya dair qarantiya tələblərinə potensial danışıqlaradək heç bir cavab verilməyəcək. Ağ Evin vəzifəli rəsmilərindən biri Putinin mətbuat konfransı barədə suala cavab verərkən deyib ki, bu barədə hər hansı danışıqlardan əvvəl ABŞ-ın rəsmi reaksiyası olmayacaq. Həmin rəsmi gələn ay ABŞ və Rusiya nümayəndələrinin Cenevrədə görüşəcəyinə dair Moskvanın bəyanatı barədə də hələki konkret razılaşma olmadığını deyib.

Putinin “Yubanmadan! Dərhal, elə indi!” ultimatumuna Ağ ev nə dedi?


Rəsmi bildirib ki, Rusiyanın qaldırdığı məsələlər açıq bəyanatlarla cavablandırıla bilməz:“Çünki biz Rusiyanın qaldırdığı məsələləri açıq müzakirə etməyi planlaşdırmırıq. Bu bizə konstruktiv görünmür və belə diplomatik söhbətlərlə irəliləyiş əldə olunması keçmişdə qalıb. Biz Rusiya prezidenti daxil heç kimin hər təklifinə və ya şərhinə reaksiya vermək niyyətində deyilik”.

Həmin mənbə onu da deyib ki, Rusiya ilə hər hansı dialoq qarşılıqlı olmalıdır və bu halda masa üzərinə Vaşinqtonun da narahatlıqları qoyulacaq. O əlavə edib ki, Vaşinqton bütün partnyor və müttəfiqləri ilə koordinasiya edilmədən və ya “onlarsız onlar barədə” heç nəyi müzakirə etməyəcək: “Bizim nəzərimizcə danışıqlar Avropa təhlükəsizliyinə dair - ərazi bütövlüyünü tanıyan, sərhədlərin hərbi güclə dəyişdirilməsini qadağan edən, ölkələrin suverenliyinə və suveren qərarlar qəbul etmək hüququna hörmətə söykənən sənəd və prinsiplər üzərində başlamalıdır”.

Rəsminin sözlərinə görə, Ağ Ev üçün aydındır ki, gələn ay keçiriləcək danışıqlarda “substantiv irəliləyiş” yalnız Rusiya “de-eskalasiya mühitini” seçərsə edilə bilər.

“Əgər cənab Putin Ukrayna ərazisinə qoşun göndərmək qərarına gəlsə, bilməlidir ki, ABŞ və onun müttəfiqlərinin görəcəyi tədbirlər yalnız iqtisadi hərəkətlərlə məhdudlaşmayacaq. Biz demişik ki, öz ərazisinin müdafiəsi üçün Ukraynaya dəstəyimizi artıracağıq”,-mənbə bildirib.

“The Guardian” qəzeti isə Vladimir Putinin son günlərdə belə davakar ritorikasının arxasında nəyin dayandığını araşdırmağa çalışıb. “Rand Corporation” analitik mərkəzinin politoloqu Samuel Şarap vəziyyəti belə izah edib: “Onlar bu nəticəyə gəliblər ki, işlər onların istədikləri istiqamətdə getmir, onların qlobal məğlubiyyətinə doğru gedir. Kremlin ukraynanıların özlərinin yeni hökumətindən bezəcəyinə və Qərbin Ukraynaya marağı itirəcəyinə dair erkən gözləntiləri doğrulmayıb. Buna görə də Kreml qərara gəlib ki, hazırkı status quo dözülməzdir və dəyişilməlidir”.

Ekspert bildirir ki, bu səbəbdən də Putin danışıqlara açıq olduğunu bildirir və NATO-nun bu təşkilata 1997-ci ildən sonra qoşulmuş ölkələrin ərazisindəki qoşun və infrastrukturunun çıxarılmasını tələb edir. Politoloqun fikrincə bir çox Şərqi Avropa ölkələri üçün belə bir şərt danışıqlar mövzusu ola bilməz. Bunu yaxşı başa düşən Putin bəri başdan işarə edib ki, ABŞ prezidenti Co Baydenə hörməti olsa da, ona inanmır.

Qeyd edək ki, bundan əvvəl Putin həmin ultimatumu Müdafiə Nazirliyinin kollegiyasında səsləndirmişdi. Bir çox Qərb analitikləri bu ultimatumun sadəcə olaraq Ukraynaya qarşı planlaşdırılan irimiqyaslı hərbi müdaxilə üçün bəhanə kimi istifadə ediləcəyini deyirlər.

Mənbə: Virtualaz.org
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 139
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 846
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter