Kremlin qərarına qarşı ABŞ-dan ilk hücum: fərman imzaladı
- 22.02.2022, 10:52,
- Dünya
Baxılıb: 48
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ prezidenti Co Bayden ABŞ-ın ayrı-ayrı şəxsləri və qurumlarının qondarma Donetsk və Luqansk Xalq Respublikaları ilə bütün ticarət və maliyyə əlaqələrini qadağan edən fərman verib.
Xarici mətbuat xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden “Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozmağa yönəlmiş fəaliyyətlərinə cavab olaraq müəyyən şəxslərin aktivlərinin dondurulması və bəzi bizneslərin qadağan edilməsi” başlıqlı fərman imzalayıb.
Sözügedən fərmanla Rusiyanın müstəqilliyini tanıdığı qondarma Donesk və Luqansk Xalq Cümhuriyyətlərinə investisiya qoymaq, bu bölgələrdən birbaşa və ya dolayı yolla ABŞ-a idxal və ya ixrac qadağan edilib.
Bundan başqa, fərman çərçivəsində sözügedən bölgələrdə fəaliyyət göstərməkdə qərarlı olanlara qarşı sanksiyaların tətbiqi nəzərdə tutulub.