Ukraynanın ən məşhur hərbi pilotlarından biri, polkovnik Aleksandr Oksançenko Ukrayna uğrunda gedən hava döyüşlərində həlak olub.
O, dünyanın ən yaxşı qırıcı pilotlarından biri hesab olunurdu.
Milli.az bildirir ki, Ukrayna Hərbi-Hava Qüvvələrinin pilotu Aleksandr Oksançenko əvvəllər Krımdakı Belbekdə yerləşən hərbi hissədə qulluq edirdi.
O, son döyüşündə səmaya Su-27 təyyarəsində qalxmışdı.
Radioçağırış adı "Master 421" olan pilot dəfələrlə NATO təlimlərində iştirak etmiş, dəfələrlə müxtəlif aviayarışlarda qalib gələrək "İlin pilotu" seçilmişdi.
SIAF, The Royal International Air Tattoo, International Airshow-2017, Czech International Air Fest aviaşoularındakı ali pilotaj fiqurlarının nümayişindən sonra NATO onu "Dünyanın ən yaxşı qırıcı pilotu" adlandırmışdı.
Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə A.Oksançenkoya ölümündən sonra Ukraynanın Milli Qəhrəmanı adı verilib.