• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Ramzan Kadırov Peskovu tənqid etdi - SƏBƏB

  • 04.04.2022, 13:33,
  • Dünya
  • Baxılıb: 58
Ramzan Kadırov Peskovu tənqid etdi - SƏBƏB


Çeçenistanın rəhbəri Ramzan Kadırov Rusiyanı tərk edən teleaparıcı İvan Urqantı “böyük vətənpərvər” adlandıran Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskovu tənqid edib.

Bizim.Media xəbər verir ki, Kadırov bəyanatını aprelin 3-də “Telegram”da dərc edib.

“Öz ölkəsinin vətənpərvərinə çevrilmək üçün Rusiyanın hərəkətlərini tənqid etmək, xaricə getmək, yüksək səslə və pafoslu şəkildə səs-küy yaratmaq, sonra isə heç nə olmamış kimi geri qayıtmaq dəhşətdir”, - deyə o, vurğulayıb.

“İvan Urqant belə etdi. Bu yaxınlarda Dmitri Peskovdan "böyük vətənpərvər" reytinqi aldı. Vətənpərvər olmaq çox asandır, elə deyil? Bu, kərpic qalıqları və beton divarlar arasında forma geyinib qaçmaq və bir neçə gün soyuq bir xəndəkdə oturmaq deyil. Görünür, biz “vətənpərvərlik” anlayışının yenidən qiymətləndirildiyini görməmişik”, – Kadırov əlavə edib.

Çeçenistan Respublikasının rəhbəri Dmitri Peskovun Putinin ona general-leytenant rütbəsi verilməsinə münasibət bildirməməsinə də təəccüblənib və bunu “fərmanı görmədiyi” ilə əsaslandırıb:

“Biz gecə-gündüz bütün təhlükəsizlik qüvvələri və xüsusi əməliyyat keçirən könüllülərlə buradayıq. Heç olmasa, fərmanı şərh etmək olardı, ancaq “fərmanı görmədim” deyir. Peskovun prioritet miqyası (şkala) görünür hələ yetişməyib. Bununla bağlı nəsə etməliyik...”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 6
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter