• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Rusiyadan nüvə silahı ilə bağlı daha bir AÇIQLAMA

  • 05.04.2022, 10:42,
  • Dünya
  • Baxılıb: 140
Rusiyadan nüvə silahı ilə bağlı daha bir AÇIQLAMA


Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski ölkəsinin Ukraynada nüvə silahından istifadə ehtimalı ilə bağlı iddialara münasibət bildirib.

"TASS" xəbər verir ki, o, yayılan məlumatların əsassız olduğunu bildirib.

"Ukraynadakı əməliyyat zamanı Rusiyanın nüvə silahından istifadə etməsi ehtimalı ilə bağlı eyhamların zərrə qədər də rasional əsası yoxdur, belə silahlardan istifadə meyarlarının Ukraynada baş verən ssenari ilə heç bir əlaqəsi yoxdur".

Dmitri Polyanski nüvə silahı ilə bağlı yayılan məlumatları təxribat adlandırıb:

“Təəssüflə qeyd edirik ki, məsuliyyətsiz Qərb siyasətçilərinin və ekspertlərinin ağzından Ukraynada xüsusi hərbi əməliyyat zamanı Rusiyanın nüvə silahından istifadəsinin mümkün olması ilə bağlı təxribat xarakterli təlqinlər eşitmək məcburiyyətində qalırıq”, - Polyanski qeyd edib.

Polyanski nüvə silahından hansı hallarda istifadə ediləcəyi məsələsinə də aydınlıq gətirib:
“Bu gün səsləndirilən uydurmaların əksinə olaraq, Rusiyanın nüvə potensialından istifadə etməsi yalnız ona və (və ya) müttəfiqlərinə qarşı nüvə və digər kütləvi qırğın silahlarından istifadə edilməsinə cavab olaraq və ya ölkəmizə qarşı təcavüz halında mümkündür"- o vurğulayıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Çin lideri ABŞ-a gedir

  • Dünən, 12:18
  • 6
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter