Rus turistləri belə cəlb edəcəklər
- 11.04.2022, 09:00,
- Dünya
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə hakimiyyəti sanksiyalar çərçivəsində rusiyalı turistləri ölkəyə cəlb etmək üçün üç mərhələli yol xəritəsini təsdiqləyib, xüsusən də kurortlara çarter reysləri üçün yeni aviaşirkətin yaradılması planlaşdırılır.
Bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.
"Rusiya və Ukrayna arasında münaqişənin kəskinləşməsi Türkiyənin turizm sektorunda problemlərə səbəb olub. Çünki hər iki bazar biznes üçün çox vacib idi. Türkiyə vəziyyəti düzəltmək üçün üç mərhələli yol xəritəsini təsdiqləyıb. Burada yaxın gələcəkdə yeni bir aviaşirkətin yaradılması nəzərdə tutulur", - məlumatda deyilir.
Məlumata görə, aviaşirkət Antalya hava limanında yerləşəcək:
"Təyyarələr yalnız Rusiya şəhərləri və Türkiyədəki kurortlar arasında uçuşlar həyata keçirəcək. Bu aviaşirkət sayəsində əlavə bir milyon rusiyalı turist cəlb etmək mümkün olacaq”.