• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

İranlı siyasətçidən qalmaqallı sözlər: “Türkiyəni biz vurduq”

  • 10.05.2022, 10:00,
  • Dünya
  • Baxılıb: 78
İranlı siyasətçidən qalmaqallı sözlər: “Türkiyəni biz vurduq”


İranın İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat Xidmətinin rəisi Hüseyn Taibin qardaşı, mühafizəkar siyasətçi Mehdi Taib İraqdakı Türkiyə mövqelərinin atəşə tutulmasının arxasında İranın olduğunu açıqlayıb.
Haber Global məlumatına görə, Taib İran Beynəlxalq Televiziyasının (İnternational TV) internet saytında və bəzi sosial media hesablarında yayımlanan səs yazısında Türkiyənin Suriya və İraqda terrora qarşı apardığı hərbi əməliyyatları tənqid edərək, bölgədəki Türkiyə hərbi qüvvələrinə qarşı hücumların arxasında İrana bağlı ünsürlərin dayandığına işarə edib.

İran lideri Əli Xamneyiyə yaxınlığı ilə tanınan Taib tamaşaçıların birinin “İraq Türkiyəni vurdu” sözlərinə cavab olaraq “İraq deyil, bizik” deyə cavab verib.

Qeyd edək ki, İran parlamentinin sədri Məhəmməd Kalibafın da tənqid olunduğu səs yazısının sızması ilə bağlı Taib İran prezidenti İbrahim Rəisinin kürəkəni Meysem Nilini ittiham edib. Lakin sonuncunun etirazından sonra Taib ondan üzr istəyib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter