Putinin daha bir yaxın adamı istefa verdi
- 31.05.2022, 15:30,
- Dünya
Baxılıb: 51
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan şəxslərdən daha biri istefa verib.
Rusiya mətbuatı xəbər verir ki, Rusiyanın keçmiş lideri Boris Yeltsinin kürəkəni və Putinin hakimiyyətə gəlməsinə kömək edən Kremlin müşaviri Valentin Yumaşev də istefa verib.
Yumaşevin idarə heyətinin üzvü olduğu Yeltesin Fondunun baş direktorunun müavini Lyudmila Telen Rusiya mətbuatına açıqlamasında Yumaşevin istefasını təsdiqləyib:
"Bu, onun xahişi idi" - o söyləyib.
Xatırladaq ki, Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin müşaviri vəzifəsində çalışan Yumaşev həm də Yeltsinin kürəkəni olub. Yeltsindən sonra Putinin prezidentliyə keçməsində mühüm rol oynayan Yumaşev 1998-ci ildən sonra da fasiləsiz olaraq prezidentin müşaviri vəzifəsini icra edib.
Onu da qeyd edək ki, bundan əvvəl Putinin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi Anatoli Çubaysın martın 23-də istefa vermişdi.