• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Türkiyə-Ermənistan müzakirələrinin detalları: xüsusi nümayəndələr 500 dəfə telefonla danışıb

  • 12.08.2022, 12:00,
  • Dünya
  • Baxılıb: 51
Türkiyə-Ermənistan müzakirələrinin detalları: xüsusi nümayəndələr 500 dəfə telefonla danışıb


Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi növbəti mərhələyə keçib.

"Report" xəbər verir ki, bunu “Hürriyyət”ə Türkiyə Xarici İşlər Nazirliyinin adını açıqlamayan səlahiyyətli diplomatı bildirib.

O deyib ki, iyul ayında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubenyan arasında baş tutmuş görüşdə sərhədlərin üçüncü ölkə vətəndaşlarına açılmasına dair razılıq əldə olunub. Bu konteksdə texniki nümayəndələrin müəyyən addımlar atması və yol xəritəsi hazırlaması gözlənilir.

XİN əməkdaşı xatırladıb ki, xüsusi nümayəndələr 1 dəfə Rusiyanın paytaxtı Moskvada, 3 dəfə Avstriyanın paytaxtı Vyanada görüşüblər. Həmçinin S.Kılıç və R.Rubenyan arasında 500 dəfə telefon danışığı olub.

Diplomat deyib ki, xüsusi nümayəndələr arasında səmimi dialoq mühiti yaranıb: “Erməni siyasətçi Serdar Kılıça telefonla danışan zaman türkcə salam verib. İlk mərhələdə böyük gözləntilər ortaya qoyub, böyük məyusluğa uğramaqdansa, Ermənistanla addım-addım irəliləmək barədə razılığa gəldik. Etimad mühitini artıran addımlar üzərində işlənilir. Bunların arasında humanitaryönümlü addımlar da var. Sərhəd keçidləri mövzusunda məsələlərin həllini tapması üçün daha uzun müddətə ehtiyac ola bilər. Buna meydandakı şərtlər də icazə verməlidir”.

Materialda, həmçinin göstərilib ki, S.Kılıç 7 il Vaşinqtonda səfir kimi çalışıb. 64 yaşında olan diplomat ABŞ-da fəaliyyət göstərdiyi müddət ərzində Türkiyə, Azərbaycan və Şimali Kiprin hüquq və mənafeləri naminə ciddi addımlar atıb.

Erməni lobbisini ən yaxşı tanıyan və “erməni soyqırımı” iddialarına qarşı ciddi mübarizə aparan Kılıç İkinci Qarabağ müharibəsi vaxtında da Azərbaycanın mübarizəsinə töhfə verib. Səfir FETO, PKK kimi terror təşkilatlarının Türkiyəyə qarşı qarayaxma kampaniyalarına qarşı ABŞ-da ciddi mübarizə aparıb.

Məlumata görə, gənc siyasətçi R.Rubenyan isə hazırda Ermənistan parlamentinin vitse-spikeridir. 32 yaşlı Rubenyan bundan əvvəl Ermənistan xarici işlər nazirinin müavini kimi də fəaliyyət göstərib. O, həmçinin ölkəsindəki “Mülki müqavilə” partiyasının təsisçilərindəndir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter