• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Rusiyada azərbaycanlıların da yoluxduqları ölümcül xəstəliyin ocağı lokallaşdırıldı

  • 01.12.2022, 13:53,
  • Dünya
  • Baxılıb: 36
Rusiyada azərbaycanlıların da yoluxduqları ölümcül xəstəliyin ocağı lokallaşdırıldı


Rusiyanın Moskva vilayətində mütəxəssislər meningit ocaqlarını lokallaşdıra biliblər.

Oxu.az xəbər verir ki, bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) regional idarəsində məlumat verilib.

Bildirilib ki, meninqokok infeksiyası epidemiyası İstrada qeydə alınıb. Ümumilikdə, işçiləri arasında azərbaycanlıların da olduğu “Ozon” anbarında beş meningit ocağı müəyyən edilib.

“Müxtəlif yaşda və millətdən olan 1,5 mindən çox vətəndaş, o cümlədən qonşu ölkələrdən gələnlər mümkün təmas səbəbindən yoluxma riski ilə üzləşiblər. Onların hamısı mütəxəssislərin nəzarətinə götürülüb”, - deyə “Rospotrebnadzor”un regional idarəsindən xəbər verilib.

Mətbuat xidməti əlavə edib ki, infeksiya ocaqlarında epidemiya əleyhinə və profilaktik tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir. Anbar işini davam etdirir.

Xatırladaq ki, noyabrın 28-də “Ozon” anbarının işçiləri arasında 30-dan çox yoluxma hadisəsi barədə məlumat yayıldı. Qırğızıstanın Rusiyadakı səfirliyinin yaydığı məlumata görə, yoluxanlardan yeddisi Qırğızıstan vətəndaşı, digərləri isə Belarus, Tacikistan, Özbəkistan və Azərbaycan vətəndaşlarıdır.

Təsdiqlənməmiş məlumatlara görə, epidemiya nəticəsində bir nəfər ölüb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 223
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 177
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter