Ankara-Dəməşq yaxınlaşmasından İran niyə narahatdır? - Rəisi Türkiyəyə gedir
- 10.01.2023, 13:15,
- Dünya
Baxılıb: 45
Facebook
Вконтакте
Одноклассники
Google+
İran Türkiyə, Suriya, Rusiya münasibətlərinin yaxınlaşmasından ciddi əndişə keçirməkdədir.
Türkiyə, Rusiya və Suriya müdafiə nazirlərinin görüşü, ardınca Prezident Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsədlə görüşmək niyyətinin olduğunu və bundan öncə hər üç ölkənin XİN başçılarının görüşəcəyini bəyan etməsi, Tehranı əməlli-başlı narahat etməyə başlayıb. Buna səbəb isə Suriya problemi ilə bağlı Astana prosesinin üzvü olan Tehranın oyundakənar vəziyyətdə qalmasıdır. İranın oyundankənar qalması isə Tehranın qıcıqlanmasına səbəb olub. Düzdür, yaranmış durumla bağlı öz etirazını açıq şəkildə bildirməsə də, hərəkətlərindən ciddi narahatlıq keçirdiyi ortadadır. Ona görə də proseslərdən kənarda qalmamaq üçün özünü gedən proseslərə pərçimləmək məqsədi ilə İran prezidentinin təcili olaraq Türkiyəyə səfəri hazırlanır.
İRNA xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani prezident İbrahim Rəisinin Türkiyə və Suriyaya səfər edəcəyini bəyan edib.
“İran və Suriya hakimiyyəti arasında dialoq ən yüksək səviyyədə keçirilir, bizim əla münasibətlərimiz var. Dünən axşam (yəni yanvarın 8-də-red) iki ölkənin xarici işlər nazirləri arasında söhbət olub”, - deyə Kənani bildirib.
Rəsmi Tehranın açıqlaması deyilənlərin göstəricisidir. Tehranın bu prosesdə iştirakı bölgədə sülhə, sabitliyə, yoxsa gərginliyin davam etməsinə xidmət edəcəyini isə qarşıdakı səfər və səfərdə veriləcək bəyanatlar və hərəkətləri göstərəcək.