Xankəndi yenidən çalxalanır: Arutyunyanı kim əvəzləyir
- 14.03.2023, 12:47,
- Dünya
Baxılıb: 55
Facebook
Вконтакте
Одноклассники
Google+
Xankəndidəki separatçı başı Araik Arutyunyan Ermənistan baş naziri Nikol Paşinyanla görüşündən sonra istefa verməsi məsələsi gündəmə gəlib. Hazırda Xankəndi yenidən çalxalanmaqdadır. Separatçılar və orada yaşayan ermənilər çox ümidsiz vəziyyətdədirlər. Xankəndidəkilər Arutyunyanın istefasının hansı nəticələrə gətirəcəyini bilmirlər. İndi Xankəndində hamını maraqlandıran sual Arutyunyanı kimin əvəz edəcəyidir. Hətta onu əvəz edəcək separatçıların adları da açıqlanıb. 5-6 nəfər bu “post”a iddialıdır.
“Hraparak” xəbər verir ki, Arutyunyanın istefası istiqamətində hazırlıq işləri gedir.
Nəşrin yazdığına görə, bu məqsədlə gələn həftə “konstitusiyaya dəyişiklik layihəsi parlamentin növbədənkənar iclasında” müzakirə olunacaq ki, düzəliş ən qısa zamanda həyata keçirilsin.
“Bəzi xəbərlərə görə, siyasi məsləhətləşmələr başlayacaq ki, yeni başçının kim olacağına hökumət və müxalifət qərar verəcək”- “hraparak” yazır.
“Hraparak”ın yazdığına görə, Samvel Babayan separatçıların lideri olmaq iddiasını ortaya qoysa da, onun namizədliyi ilə bağlı konsensus yoxdur: “Digərlərinə gəldikdə isə qondarma rejimin “daxili işlər naziri” Karen Sarkisyan, “dövlət naziri” Qurgen Nersisyan, Arayik Arutyunyanın əmisi oğlu, “deputat” Artur Arutyunyan və “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyandır”.