Braziliyanın 64 şəhərində sel fəlakəti - VİDEO
- 11.04.2023, 12:17,
- Dünya
Baxılıb: 27
Facebook
Вконтакте
Одноклассники
Google+
Braziliyanın şimalında Maranha əyalətinin 64 şəhərində leysan yağışları səbəbi ilə fövqəladə vəziyyət elan edilib.
Xarici KİV xəbər verir ki, təbii fəlakət nəticəsində 6 nəfər həlak olub.
.Həmçinin, 7700 ailə evsiz qalıb, 35 mindən çox insan təxliyə edilib.
Prezident Luiz İnasio Lula da Silva seldən ən çox zərər çəkən Bakabal məhəlləsinə baş çəkib:
“Xəsarət alan insanlarla məşğul olmalıyıq. İnsanlar yataq istəyir, su istəyir və onları rahatlaşdırmaq üçün hər şey istəyir. Hökumət olaraq bunlar edə biləcəyimiz şeylərdir”,- deyə o əlavə edib.
Xatırladaq ki, ən son Braziliyanın San-Paulu ştatında leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrində 65 nəfər ölüb, 2000-dən çox insan evsiz qalıb.