Putinin Güney Qafqazda yeni KTMT PLANI... - NƏ BAŞ VERİR?
- 22.06.2023, 16:00,
- Dünya
Baxılıb: 46
Facebook
Вконтакте
Одноклассники
Google+
Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Jirinovskinin ölümündən sonra Kremlin danışan dilinə çevrilib. Belarus prezidenti Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri ilə görüşündə deyib ki, Ermənistanın təşkilatla bağlı tələbləri və iradları əsaslıdır. Yəni Lukaşenkonun məntiqinə görə, Ermənistan rəsmiləri KTMT-ni tənqidlərində haqlıdırlar. Lukaşenko bunun ardınca bildirib ki, təşkilat çərçivəsində problemləri həll etməsək, KTMT ölkələri davamlı olaraq bir-birini tənqid edəcək, təşkilatın işindən narazılıqlarını bildirəcəklər: “Ona görə də KTMT ölkələrinin problemlərini dərindən araşdırmaq və çıxış yolu axtarmaq lazımdır”.
Kreml sözçüləri Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı tənqidi fikirlərinə etiraz edərkən, Moskvanın müttəfiqi Belarus prezidenti İrəvanın təşkilatla bağlı iradlarını niyə əsaslı adlandırıb? Bu Lukaşenkonun öz fikridir, yoxsa Kremlin Belarus prezidenti vasitəsilə Azərbaycana mesajıdır? Məlumdur ki, KTMT silahlı qüvvələrinin sərhəddə yerləşdirilməsi Azərbaycanın maraqlarına ziddir. Kreml Cənubi Qafqazı əldən vermək istəmir, bölgədə varlığını KTMT-nin imkanları vasitəsilə də həyata keçirmək istəyir. Kreml sahibi Vladimir Putinin Paşinyandan xoşu gəlməsə də, o Ermənistan və Qarabağ separatçıları vasitəsilə bölgədə varlığını davam etdirmək və rəqibləri olan – Avropa İttifaqı və ABŞ-ı Cənubi Qafqazdan sıxışdırmaq istəyir. Kremlin bu istəyinin gerçəkləşməsi yolunda əsas maneələrdən biri Azərbaycandır. Biz başda strateji müttəfiqimiz Türkiyə olmaqla Avropa İttifaqı və ABŞ-la sıx əməkdaşlığın tərəfdarıyıq. Putin Azərbaycanla açıq qarşıdurmadan çəkinir, ancaq ölkəmizə qarşı hiyləgər planlarını da masa üzərində tutur. Putin özünün səsləndirə bilmədiyini Lukaşenkoya dedizdirir.dia.az