ABŞ: Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh danışıqları plan üzrə davam edir
- 29.06.2023, 09:19,
- Dünya
Baxılıb: 60
Facebook
Вконтакте
Одноклассники
Google+
"Bu gün və sabah Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh danışıqları planlaşdırıldığı üzrə davam edəcək, danışıqlara ev sahibliyi etməkdən çox şadıq".
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel jurnalistlərə açıqlamasında deyib.
"Birbaşa dialoq problemlərin həlli və bölgədə davamlı və layiqli sülhə nail olmaq üçün açardır. ABŞ bu məqsədə çatmaqda tərəflərə yardım etməyə sadiqdir və dövlət katibi Antoni Blinken sülh prosesində birbaşa iştirak edir. Bildiyiniz kimi, dünən ABŞ dövlət katibi A.Blinkenin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə həm ikitərəfli, həm də üçtərəfli şəkildə görüşmək imkanı olub. Xarici işlər nazirləri ilə dünənki görüşlər konstruktiv keçib. Biz müzakirələri bu gün və sabah davam etdirəcəyik. Cədvəldə heç bir dəyişiklik olmayacaq".
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsinə ev sahibliyi edir. Danışıqlar iyunun 29-dək davam edəcək.