Ərdoğan: Zəngəzur dəhlizi açılarsa Türkiyə Ermənistanla münasibətləri inkişaf etdirməyə hazırdır
- 10.10.2023, 09:00,
- Dünya
Baxılıb: 41
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Ermənistandan ağıl və reallığa əsaslanan, sülh, təhlükəsizlik və rifaha yönəlmiş bir siyasət gözləyir.
APA-nın yerli bürosunum xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
O qeyd edib ki, Ermənistan başda Zəngəzur dəhlizinin açılması olmaqla, vədləri yerinə yetirərsə, Türkiyə münasibətləri addım-addım inkişaf etdirməyə hazırdır.
Ərdoğan, həmçinin, İranı “regionda sülh və sabitliyin bərqərar olması üçün siyasi və iqtisadi addımların yolunu açacaq bu tarixi layihədə ( Zəngəzur dəhlizinin açılması -red.) birlikdə hərəkət etməyə” çağırıb.