Rusiyalı siyasi xadim heç kimin bilmədiyi sirri açdı
“SSRİ-ni Qorbaçov ermənilərin və Qarabağın köməyi ilə dağıtdı”. Bunu rusiyalı siyasi və ictimai xadim Sergey Baburin deyib. O, “Rossiya 1” kanalında yayımlanan “28 il Sovet İttifaqı olmadan, SSRİ-nin çöküşü necə hazırlandı” mövzusunun müzakirə edildiyi “Vladimir Solovyov ilə axşam”ın qonağı olub.
Baburinin sözlərinə görə, sovet ittifaqı qəsdən dağıdılıb. O, buna görə, Mixail Qorbaçovu ittiham edib. İctimai xadim bildirib ki, bu məqsədlə Dağlıq Qarabağda münaqişə gərginləşdirilib.
“Bütün separatçı hərakatları, xalq cəbhələrini kim yaratmağa başladı?. Moskvadan, Mərkəzi Komitənin rəhbərliyi ilə. Onlar bunu genişləndirir və deyirdilər ki, “sarsıdın”. Qarabağı işğal etməyə erməniləri, onu buraxmamağa isə azərbaycanlıları kim çağırdı? Mərkəzi Komitənin siyasi bürosundan Yakovlev İrəvana getdi və dedi: “Dərhal qərar qəbul edin və Azərbaycandan Qarabağı alın”.
O, qeyd edib ki, SSRİ hələ 1986-cı ildən dağılmağa başlamışdı.
“1986-cı ildən ölkəni daxildən məhv etməyə başladılar. İttifaq rəhbərliyi Varşava razılaşmasını pozdu. Maltada Qorbaçov amerikalılar ilə razılaşdı”.