Qazaxıstan özünün iki limanını - Aktau və Kurık limanlarını özəl şirkətin etibarlı idarəçiliyinə verməyə hazırdır.
Musavat.com xəbər verir ki, bu açıqlama ilə ölkənin nəqliyyat naziri Marat Karabayev çıxış edib.
Onun sözlərinə görə, limanların tam yüklənməsini təmin edəcək xarici şirkətlərə onların idarəçiliyini etibar edə bilərlər:
"Bizim iki əsas limanımız var : Aktau və Kurık. Əgər uyğun özəl şirkət olarsa, biz onları istənilən özəl şirkətin etibarlı idarəçiliyinə verməyə hazırıq".
Nazirin sözlərinə görə, “göndər, ya da ödə” anlayışı yaranarsa, səhmlərin satışını da nəzərdən keçirərlər. Bu prinsip müştərinin müəyyən həcmdə yükləri limanla ötürmək öhdəliyini nəzərdə tutur: yük göndərilməsə belə, müştəri daşınma haqqını ödyərir.
Qeyd edək ki, Kurık limanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TİTR) üzərində, Aktau şəhərinin regional mərkəzindən 90 km aralıda yerləşir. Limanda taxıl, neft məhsulları, gübrələr, kimyəvi maddələr və bir sıra digər malların daşınması üçün nəzərdə tutulmuş bərə kompleksi (dəmir yolu və avtomobil dayanacaqları ilə) var. Limanın layihə gücü ildə 6 milyon ton yük təşkil edir.
Aktau limanına ildə 2,5 milyon ton gücündə quru yük terminalı, taxıl terminalı (gündə 4 min tona qədər taxıl yükləyən gəmiləri yükləmək qabiliyyəti), ildə 2 milyon ton yük daşıma gücünə malik bərə kompleksi və ümumi tutumu 12 milyon ton olan altı neft körpüsü daxildir.
"Aktau Dəniz Ticarət Limanı" Milli Şirkəti "Qazaxıstan Temir Yol" (KTZ, Qazaxıstan Dəmir Yolları) dövlət nəqliyyat və logistika şirkəti tərəfindən idarə olunur.