Tramp və Pezeşkian 14 maddəlik sazişi BELƏ İMZALADI
- 18.06.2026, 11:18,
- Dünya
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, ABŞ və İran arasında əldə olunan Anlaşma Memorandumu rəsmən imzalanıb.
ABŞ prezidenti Donald Tramp sənədi fransalı həmkarı Emmanuel Makronun iştirakı ilə imzalayıb.
Makron imzalanma mərasiminə aid görüntüləri paylaşaraq sənədin regional və beynəlxalq sabitlik baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Makronun sözlərinə görə, memorandum “davamlı sülhə” yol aça, Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpasına şərait yarada və qlobal enerji qiymətlərinin aşağı düşməsinə töhfə verə bilər.
Ağ Ev də imzalanma mərasiminin görüntülərini “X” hesabında yayımlayıb.
İran XİN isə daha əvvəl 19 iyunda İsveçrədə keçirilməsi nəzərdə tutulan imzalanma mərasiminin ləğv edildiyini açıqlayıb. Nazirliyin sözçüsü İsmayıl Bəqainin bildirdiyinə görə, memorandum artıq həm rəqəmsal, həm də kağız formatında imzalanıb.