Kral, kosmonavt, robot... - Türkiyə seçkilərdən maraqlı görüntülər
- 01.04.2024, 09:32,
- Dünya / Foto
Baxılıb: 44
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünən Türkiyədə baş tutan özünüidarə orqanlarına seçkilərdə seçkiyə gələn bəzi vətəndaşlar geyimləri ilə diqqət çəkiblər.
Türkiyənin Adana vilayətində vətəndaşlardan biri məntəqəyə kral geyimində, eyni şəhərdə səs verən başqa biri isə milli geyimdə gəlib.
Düzcədə səs verən Türkiyənin milli idmançısı Muhammet Bişgin isə səsini özünün hazırladığı kosmonavt forması ilə verib. Bilgin geyimini Türkiyənin bu il kosmosa göndərdiyi ilk astronavt ilə əlaqələndirərək, ölkəsinin inkişaf etməsindən qürur hissi keçirdiyini və bunu geyimi ilə ifadə etmək istədiyini bildirib.
Şırnak vilayətinin Çizrə rayonunda səsverməyə gələn 77 yaşlı Azim Serim də geyimi ilə diqqət çəkib. Sarı pencək-şalvar geyinən Serim on ildir özünəməxsus rəngarəng paltarlardan istifadə edir.
Uzun illər ölkə daxilində və xaricində Türkiyənin milli kölgə tamaşası “Karagöz ve Hacivat”dan Hacivatı canlandıran sənətçi Bülent Akay seçkiyə personajının geyimi ilə gəlib. Bursalı sənətçi Bahtiyar Keskin isə Karagözün paltarını geyinərək səsini verib.
Tokatın Zile rayonunda isə yerli qadınlar məntəqəyə gələrkən bölgənin milli geyimlərini geyiniblər.
Vətəndaşlar arasında milli geyimlərlə at üzərində səsverməyə gələnlər də olub. Seçkiyə tutuquşu, toyuq kimi canlılarla gələnlər də böyük maraq doğurublar.