• 11:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 13:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 10:38 – Prezident onları təltif etdi - FOTO 
  • 10:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO

  • 22.04.2024, 13:20,
  • Dünya
  • Baxılıb: 10
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO


Ərdoğan son dəfə 2011-ci ildə baş nazir kimi Bağdada səfər edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa səfərinə təkcə Bağdad deyil, o cümlədən kürdlərin məskunlaşdığı Ərbil də ciddi hazlırlaşır.

Bağdadla yanaşı, Ərbildə də küçələr Türkiyə bayrağı ilə bəzədilib.

Bundan əlavə, Ərbil qalasında da Türkiyə bayrağı əks olunub.

Bağdad mərkəzində Şeyx Əbdülkadir Geylani türbəsinin yerləşdiyi küçəyə türk və ərəb dillərində “Ziyarətiniz bizi qürurlandırdı” yazılı plakatlar asılıb.

Prezident Ərdoğan bu gün Bağdad və Ərbilə rəsmi səfər edəcək. O, sonuncu dəfə 2011-ci ildə baş nazir kimi Bağdada səfər edib.

Türkiyə liderinin hazırkı səfərinə hazırlıq keçən ilin payızında başlayıb.

Ərdoğanın İraq Türkmən Cəbhəsinin (İTF) liderləri və türkmən icmasının nüfuzlu nümayəndələri ilə böyük bir görüş keçirəcəyi gözlənilir. Onlar şübhəsiz ki, Ərdoğanın siyasi təmsilçilik və hüquqlarını gücləndirmək səylərində kömək istəyəcəklər.

Səfərin əsas məqsədlərindən biri İraq ərazisində kök salmış Kürdüstan Fəhlə Partiyası silahlılarına qarşı mübarizədə Ankara ilə Bağdad arasında ortaq mövqenin inkişaf etdirilməsi olacaq. Hakan Fidan və İbrahim Kalın Bağdada səfər etdikdən sonra İraq hakimiyyəti PKK-yə “İraqda qadağan olunmuş təşkilat” statusu verib. Türkiyə tərəfi ona İraqda “terror təşkilatı” statusunun verilməsində israrlıdır.

Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTOŞəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 126
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 486
  • 19
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter