Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
- 01.05.2024, 11:05,
- Dünya
Baxılıb: 43
Facebook
Вконтакте
Одноклассники
Google+
Müxalifət təmsilçisi Levon Köçəryanın mühafizəçisi Artur Sukoyan Ermənistan Milli Assambleyasında jurnalist David Levonyanı vurub.
Bu barədə Ermənistanda hakim “Vətəndaş müqaviləsi”ndən olan deputat Hasmik Akopyan bildirib.
Ötən gün jurnalist öz "YouTube" kanalında Baqrat Srbazanı Rusiyanın maraqlarına xidmət etməkdə ittiham edib.
İstintaq Komitəsi aprelin 30-da Ermənistan parlamentində baş vermiş insidentlə bağlı cinayət işi başladıb.
Belə ki, saat 11:50 radələrində Milli Assambleyanın həyətində “Ermənistan” fraksiyasının deputatı Levon Köçəryanın köməkçisi Artur Sukoyan Civic.am saytının jurnalisti David Levonyanı vuraraq söyüb. Jurnalist yıxılaraq kamerasını zədələyib.
Münaqişəyə səbəb iki gün əvvəl jurnalistin yaydığı video olub.
Bu fakt əsasında Ermənistan Cinayət Məcəlləsinin 237-ci maddəsinin 3-cü hissəsi ilə (zor tətbiq etməklə jurnalistin peşə fəaliyyətinə mane olma) cinayət işi başlanıb.
David Levonyan zərərçəkmiş şəxs qismində tanınıb, hazırda zəruri istintaq və prosessual hərəkətlər aparılır.
Bəzi ekpertlər hesab edir ki, bununla vəziyyət hökumət başçısı Nikol Paşinyanın xeyrinə dəyişməyə başlayır.