• 12:37 – Prezident: Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində bir sıra layihələr icra olunur 
  • 10:36 – İlham Əliyevin Ərdoğanla görüşü başladı - Yenilənir - Fotolar 
  • 16:00 – ABŞ-ın prezidentləri: İndiyə qədər seçilənlər və onların iqtidar dövrləri - TAM SİYAHI 
  • 11:17 – Prezident və xanımı Bakı Olimpiya Stadionunda... 

Azərbaycandan keçən Orta Dəhlizin əhəmiyyəti getdikcə artır - Hakan Fidan

  • 04.06.2024, 11:53,
  • Dünya
  • Baxılıb: 76
Azərbaycandan keçən Orta Dəhlizin əhəmiyyəti getdikcə artır - Hakan Fidan


Bugünkü qlobal geosiyasi proseslər fonunda Çinin “Bir Kəmər və Bir Yol” təşəbbüsü ilə paralel olaraq, Türkiyədən başlayaraq, Qafqaz, Azərbaycan, Xəzər dənizi və Mərkəzi Asiya dövlətlərindən keçərək Çinə çatacaq Xəzərin Şərq-Qərb Keçid Orta Dəhlizi Təşəbbüsünün (Orta Dəhliz) əhəmiyyəti getdikcə artmaqdadır.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Pekində bəyan edib.

Nazirin sözlərinə görə, Orta Dəhlizin Avropa ilə Asiya arasında 2 min kilometr qısa yol əlaqəsini təmin etdiyini və dəniz yolunu 15 gün qısaldır.

"Bu baxımdan Xəzərin Şərq-Qərb Keçid Orta Dəhlizi Təşəbbüsü ilə Çinin “Bir Kəmər və Bir Yol Təşəbbüsü” təbii harmoniya təşkil edir", - o qeyd edib.

Fidan əlavə edib ki, Orta Dəhliz Avropa və Afrika ilə yanaşı Qara dəniz və Aralıq dənizi hövzələrinə də fasiləsiz və daha sürətli nəqliyyat hərəkətini təmin edir.

“Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, Qəzzadakı müharibənin Qırmızı dənizə təsir etdiyi və geosiyasi risklərin artdığı bu dövrdə Orta Dəhliz layihəsi daha ciddi əhəmiyyət kəsb edir”, - o deyib.

Hakan Fidan Orta Dəhlizi uğurlu regional inteqrasiya üçün Avrasiyanın iqtisadi güc mərkəzlərini birləşdirə biləcək layihə adlandırıb.

Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlığa diqqət çəkərək “TDT vasitəsilə biz regional əlaqəni gücləndirmək, iqtisadi inteqrasiyanı sürətləndirmək və cəmiyyətlərimizdə siyasi, iqtisadi və sosial standartları yüksəltmək üçün çalışırıq”, söyləyib.

"Türkiyənin geostrateji mövqeyi ilə Avropadan Yaxın Şərqə, Şimali Afrikaya və Orta Asiyaya qədər uzanan geniş ticarət əlaqələrimiz 5 milyard əhaliyə və 28 trilyon dollar dəyərində bazara 4 saatlıq uçuşla asan çıxışı təmin edir", - o qeyd edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 7 679
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 170
  • 31
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter