• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Tehran Moskvadan üz döndərir: sazişi imzalamaqdan imtina etdi

  • 11.06.2024, 13:25,
  • Dünya
  • Baxılıb: 107
Tehran Moskvadan üz döndərir: sazişi imzalamaqdan imtina etdi


Tehran Rusiya ilə İran arasında nəzərdə tutulan hərtərəfli əməkdaşlıq sazişinin bağlanması istiqamətində aparılan danışıqları dayandırıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov məlumat verib.

Onun sözlərinə görə, saziş üzərində danışıqlar prosesi İran tərəfindəki problemlərə görə dayandırılıb.

“Müqaviləni imzalamaq qərarı öz qüvvəsini itirməyib... Proses, təbii ki, iranlı tərəfdaşlarla problemlərə görə dayandırılıb, amma bu iş... Şübhə etmirəm ki, sazişin mətni razılaşdırılacaq və bundan sonra iki ölkə liderləri imzalanma vaxtı, yeri barədə qərar qəbul edəcəklər”, - diplomat bildirib.

Rusiya və İran arasında yeni saziş üzərində iş 2022-ci ilin sentyabrında məlum olub. Sonra bu məsələni Vladimir Putin və İslam Respublikasının prezidenti İbrahim Rəisi Səmərqənddə keçirilən ŞƏT sammiti çərçivəsində müzakirə ediblər. 2024-cü ilin mayında isə Kabulov bildirib ki, İran tərəfi sənədə düzəlişlər təklif edib, lakin təfərrüatlar barədə məlumat verməyib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter