ABŞ-ın sui-qəsd komandası kimi tanınan “75-ci Ranger Alayı” İraqa göndəriləcək.
Turkustan.info Publika.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ ordusuna yaxın “Military.com” saytı informasiya yayıb.
Bildirilib ki, 3 min 632 nəfərlik alay Virciniya ştatından yola çıxacaq.
Qeyd edək ki, “75-ci Ranger” ABŞ-ın ən ali səviyyəli sui-qəsd komandası kimi tanınır.
1984-cü ildən bəri aktiv olan alay yüngül piyada xüsusi təyinatlı əməliyyat birliyi kimi fəaliyyət göstərir.
“75-ci Ranger”in tarixə düşən fəaliyyətləri
– 2001-2002-ci illər arasında Əfqanıstanda 1700-dən çox Taliban silahlısı öldürüb.
– 2003-cü ildə MKİ ilə birgə hərbi əməliyyatda Əl-Qaidənin o dövrdəki ən təhlükəli şəxsi olan Xalid Şeyx Məhəmmədi saxlayıb Quantanamoya aparıb.
– “Sünni üçbucağı” adlandırılan Ramadi, Mosul və Fellus ilə yanaşı, Tikritdə xüsusi əməliyyatların böyük hissəsini gerçəkləşdirib.
– 2008-ci ildə Əl-Qaidənin ikinci şəxsi olan Əbu Xəlləfini İraqda öldürüb.
– 2006-cı ildə Pakistanda təşkil etdikləri basqında aralarında Əl-Qaidənin çeçen komandanı İmam Əsədin də olduğu 30 terrorçunu məhv edib.
– 1 may 2011-ci ildə Əl-Qaidə lideri Üsamə Bin Ladeni öldürən iki birlikdən biri məhz bu alaydır.
– 26 aprel 2017-ci ildə aralarında İŞİD-in Əfqanıstan və Pakistan əmiri Əbdül Həsibin də olduğu 35 terrorçunu zərərsizləşdirib.