Aİ-dən bu ölkəyə çağırış: Putini həbs edib
- 09.08.2024, 11:40,
- Dünya
Baxılıb: 120
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa Komissiyası Meksika hakimiyyətini Rusiya hökmdarı Vladimir Putin oktyabrın 1-də Meksikanın yeni seçilmiş prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasimində iştirak edəcəyi təqdirdə onu həbs etməyə çağırıb.
Bunu Avropa Komissiyasının xarici siyasət üzrə nümayəndəsi Piter Stano "Euractiv"-ə açıqlamasında deyib.
Stano bildirib ki, Meksika Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun tərəfi kimi ona qarşı həbs qərarı olan Putini Mexiko şəhərində keçiriləcək andiçmə mərasimində iştirak etmək üçün dəvəti qəbul edərsə, qanuni olaraq həbs etməyə borcludur.
"Buna görə də Meksikanın BCM-nin üzvü kimi öhdəliklərini yerinə yetirəcəyinə inanırıq", - o qeyd edib.
Qeyd edək ki, Meksikaya analoji çağırışla rəsmi Kiyev də çıxış edib.