• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Dünyanın ən gənc müdafiə naziri, trilyonluq şirkətə nəzarət edən Məhəmməd bin Salman kimdir? - VİDEO

  • 02.09.2024, 16:00,
  • Dünya
  • Baxılıb: 76
Dünyanın ən gənc müdafiə naziri,  trilyonluq şirkətə nəzarət edən Məhəmməd bin Salman kimdir? - VİDEO


31 avqust Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri Məhəmməd bin Salmanın doğum günüdür.

Ölkə.Az doğum günü ərəfəsində onunla bağlı maraqlı faktları bir araya toplayıb.

Məhəmməd Bin Salman bin Əbdülaziz bin Əbdürrəhman 1985-ci ildə Səudiyyə Ərəbistan kralının üçüncü arvadından doğulub. O, anasının 6 övladından ən böyüyü, atasının isə 8-ci övladıdır. Bəzi mənbələrdə, hazırkı Səudiyyə kralı Salman bin Əbdüləzizin 13, bəzilərində isə 16 övladının olduğu göstərilir.

Məhəmməd bin Salman bir çox səudiyyə şahzadələrindən fərqli olaraq ali təhsilini ölkəsindəki Kral Səud Universitetində hüquq üzrə alıb.

O, universiteti bitirdikdən sonra bir neçə il özəl sektorda çalışıb. Səudiyyə Ərəbistanı Nazirlər Kabinetinin Ekspertlər Komissiyasında məsləhətçi işləyib.

Atası Ər-Riyad vilayətinin qubernatoru olarkən 24 yaşında onun xüsusi müşaviri kimi siyasətə atılıb. Bu dövrdə o, Ər-Riyad Rəqabət Şurasının baş katibi, Kral Əbdüləziz Araşdırma və Arxiv Fondunun idarə heyəti sədrinin xüsusi müşaviri, idarə heyətinin üzvü kimi bir vəzifədən digərinə yüksəlib.

Salman bin Əbdüləziz 2015-ci ildə taxta çıxıb. Onun oğlu Məhəmməd bin Salman müdafiə naziri və Kral Məhkəməsinin baş katibi təyin edilib. Bundan əlavə, o, dövlət naziri vəzifəsini də davam etdirib.

Onun adı dünya mətbuatında daha çox səudiyyəli jurnalist Camal Qaşıqçının ölümündən sonra hallanmağa başlayıb. Belə ki, Qaşıqçının ölkənin İstanbuldakı baş konsulluğunda öldürülməsində Məhəmməd bin Salmanının əlinin olması iddia edilir.

Vəliəhd şahzadə vəzifədə olduğu müddət ərzində həm ölkəsində, həm də dünyada “Vision 30” layihəsi ilə də diqqətləri üzərinə çəkib.

Belə ki, bu layihəyə qadınlara maşın sürməyə, öz bizneslərini qurmağa, orduya qoşulmağa, idman yarışlarına qatılmağa icazə verilməsi, qadın və kişilərin birgə iştirak etiyi caz festivalının təşkili, 40 ildən sonra yenidən kinoteatrların açılması daxildir.
“Vision 30”da əsas məqamlardan biri həm də ölkə iqtisadiyyatının neft asılılığından azad etmək hədəfidir.

Məhəmməd Bin Salman Səudiyyə kral ailəsinin dövlət neft şirkəti olan “Saudi Aramco”ya nəzarət edən 1-ci üzvüdür. Bu, dünyanın ən nüfuzlu şirkətilərindən biridir və bazar dəyəri 2-10 trilyon ABŞ dolları arasındadır.

O, vəliəhd şahzadə olmaqla yanaşı, hökumətdə daha 3 vəzifə tutur: Baş nazir, müdafiə naziri, İqtisadi və İnkişaf Məsələləri Şurasının sədri.

Məhəmməd bin Salman 2015-ci ildə atası hakimiyyətə gəldikdən sonra müdafiə naziri təyin edilib. 30 yaşında bu vəzifəyə gətirilən Salman “dünyanın ən gənc müdafiə naziri” olaraq tarixə düşüb.

O, vəzifəyə gəldikdən sonra ilk olaraq Yəməndə İranın dəstəklədiyi Husilərə qarşı müharibə başladıb. 3.5 il davam edən qarşıdurmalar uğursuzluqla nəticələnib və Yəmən xalqı qıtlıqla üz-üzə qalıb.

Məhəmməd bin Salmanın dövründə baş verən ən yaddaqalan hadisələrdən biri də, 2017-ci ildə baş verən Qətər diplomatik böhranıdır.
Buna səbəb isə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Qətəri terrorizmi dövlət səviyyəsində dəstəkləməkdə və Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının 2014-cü ildə qəbul etdiyi razılaşmanı pozmaqda günahlandırması idi. 2021-ci ildə Körfəz Əməkdaşlıq Şurasının zirvə toplantısından sonra imzalanmış sazişlə böhran həllini tapıb.

Vəliəhd şahzadənin adı 2018-ci ildə “Taym” jurnalının “100 Ən Nüfuzlu Şəxsləri" Top 10-luğuna daxil edilib.

Xarizması və xeyirxah əməlləri ilə tanınan vəliəhd 2013-cü ildə “Forbes” jurnalının Yaxın Şərq bölməsi tərəfindən “İlin adamı” mükafatına layiq görülüb.

O, 2008-ci ildə əmisi qızı Sara binti Məçhur ibn Əbdüləziz əl-Səudla evlənib və 5 övladı var.

“Celebrity Net Worth”ün yazdığına görə, vəliəhdin sərvəti 5 milyard dollar olaraq qiymətləndirilir.

Billurə





View this post on Instagram











A post shared by Ölkə Az (@olke.az)
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 032
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 721
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter