• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Əkiz qüllələrin partladılmasının pərdəarxası: ABŞ hücumu özü planlayıb?

  • 12.09.2024, 09:16,
  • Dünya
  • Baxılıb: 54
Əkiz qüllələrin partladılmasının pərdəarxası: ABŞ hücumu özü planlayıb?


"Aydın tarix" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında 11 sentyabrda ABŞ-də törədilən terror aktlarından bəhs olunub.

Yerli vaxtla saat 08:46-da ABŞ Hava Yollarına məxsus sərnişin təyyarələri Nyu-Yorkun simvoluna çevrilən Ümumdünya Ticarət Mərkəzinin əvvəlcə Şimal qülləsinə, 09:03 radələrində isə Cənub qülləsinə yönəlib.

Zərbələr güclü idi və binaların tam çökməsinə səbəb olub. Üstəlik, güclü yanğınlar baş verib. Nyu-Yorkdakı hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binası da vurulub.

Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsi ABŞ-nin Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib. Həmin təyyarənin hədəfi isə Ağ Ev idi. Hücumlar nəticəsində üç minə yaxın insan ölüb, altı mindən çox insan isə yaralanıb.

Bu terror aktları son yüz ildə törədilən terror aktlarından çox fərqlənirdi. Hücumlar dünyanın ən qüdrətli dövlətlərindən birinə qarşı böyük miqyasda hazırlanmışdı. Bu günə kimi hücum edənlərin təhlükəsizlik sistemlərini necə keçə bildikləri isə tam bəlli deyil. Tarixçi Rizvan Hüseynov bildirib ki, bununla bağlı müxtəlif versiyalar ortaya çıxıb, buna görə də informasiya çirkliliyi yaranır:

"Burada ən ciddi araşdırmalar ABŞ dövlətinin özünün sifarişi ilə olub. Mənə görə ən prinsipial və sual doğuran məsələ odur ki, təyyarənin dəyməsi ilə həmin möhtəşəm binanın altındakı polad özəlləri niyə min dərəcəyə qədər qızaraq əriyib və dağılıb. Videolara diqqətlə baxsanız, görərsiniz ki, 3-10 mərtəbə arası həmin polad konstruksiyalarda bir saniyədə xırda partlayışlar baş verir. Təyyarələrdə xidmət edən texniki heyət də deyir ki, poladı elə əritmək mümkün deyil. Ona görə də zirzəmidə olan ərimələr çoxlu suallar doğurur".

ABŞ-də, ələlxüsus da hava nəqliyyatında eyni anda bu miqyasda terror aktı həyata keçirmək mümkünlüyü inanılmaz idi. Hadisədən neçə illər keçsə də, o miflər və konspirasiya nəzəriyyələri bitmir və ən əsası 11 sentyabr hadisələri dünyada böyük bir antiterror əməliyyatına start verib.

Ətraflı Baku TV-nin süjetində:

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 032
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 722
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter