• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

SEPAH generalından hədə: Azərbaycana, yoxsa Pezeşkiana? - NƏ BAŞ VERİR?

  • 23.09.2024, 10:00,
  • Dünya
  • Baxılıb: 54
SEPAH generalından hədə: Azərbaycana, yoxsa Pezeşkiana? - NƏ BAŞ VERİR?


SEPAH-dan Azərbaycana qarşı növbəti dəfə təhdid xarakterli bəyanat səsləndirilib.

SEPAH generalı Ərdəbilin İran parlamentindəki keçmiş millət vəkili Mənsur Həqiqətpur özünün "X" hesabında Qafqazın 17 şəhərinin İrana qaytarılması üçün ölkədə ümumxalq hərəkatının yaradılmasına çağırıb. SEPAH generalı Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini sərt tənqid edib və bunun İranın maraqları üçün qəbuledilməz olduğunu bildirib:

"Cənab Putin Zəngəzur dəhlizi ilə bağlı İranın milli mənafeyinə zidd mövqe tutub. Tarixə nəzər salsaq görərik ki, bu dəhliz Moskvanın təhlükəsizliyini təmin etmək üçün SSRİ tərəfindən qurulub”.

M. Həqiqətpur Qacar hakimiyyətinin Çar Rusiyası ilə imzaladığı razılaşmaların ləğv olunmasını və Qafqazın 17 şəhərinin İrana qaytarılmasına çağırıb.

“Keçmiş razılaşmalar ləğv ediləcəyi təqdirdə Qafqazın 17 şəhəri İrana qaytarılmalıdır", - deyə M. Həqiqətpur bildirib.

Xatırladaq ki, M. Həqiqətpur Azərbaycan Respublikasına qarşı qərəzli mövqeyi ilə tanınır. O, 1992-ci ildə Azərbaycan İslam Partiyası funksionerlərindən Hacı Əlikram Əliyevi, Hacı Vaqif Əliyevi və Hacı Hacağa Nuriyevi İrana dəvət edərək, Tehran şəhərindəki “Mərmər” otelində, habelə, Şimrandakı iqamətgahında Azərbaycanda islam inqilabı həyata keçirilməsi üçün məxfi əməkdaşlığa cəlb etmişdi. Həqiqətpur bununla yanaşı, Qarabağda döyüş təcrübəsi keçmiş gənclərin qanunsuz yolla İrana aparılaraq, Azərbaycanda dövlət çevrilişi məqsədilə ideoloji və hərbi hazırlıq keçmələrini təşkil etmişdi.

Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, H. Həqiqətpur və SEPAH-ın bir çox rəsmilərinin anti-Azərbaycan bəyanatları İranla qonşuluq münasibətlərinə ciddi ziyan vurur:

“Əslində biz növbəti dəfə heç bir tarixi gerçəkliyi əks etdirməyən, eləcə də nə yaxın qonşuluğa, nə də diplomatik etikaya sığan bəyanatın şahidi olmaqdayıq. Lakin diqqəti çəkən başqa bir məqam var. Diqqət edərsinizsə, İsrail birbaşa İran və ya onun dəstəklədiyi proksilərə qarşı nə zaman ciddi əməliyyat icra edirsə, cənub qonşumuzun gündəminə ya Azərbaycanla, ya da Zəngəzurla bağlı hədələyici açıqlamalar gətirilir.

Bir növ daxili auditoriyanın fikri başqa xəyali hədəfə yönləndirilir. Biz bu cür sxemi həm Suriyada İsrail səfirliyi hədəf alındıqda, həm HƏMAS lideri İsmayıl Haniyə Tehranın mərkəzində qətlə yetirilənə, həm də indi, Livanda “Hizbullah”a yönəlik əməliyyat həyata keçirildikdən sonra izləyə bilərik.

Vurğulamaq istərdim ki, bu media texnologiyası ayrı-ayrı ölkələr tərəfindən beynəlxalq jurnalistikada zaman-zaman tətbiq edilir və məlum sxemdir. Başqa bir məqam isə ondan ibarətdir ki, bu tip açıqlamalar ölkələrimiz arasındakı münasibətlərə də təsir edir.

Ələlxüsus indi, yeni seçilmiş Prezidentin Azərbaycan, Türkiyə və Pakistanla birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirdiklərini söyləməsi fonunda belə açıqlamanın səslənməsi müəyyən suallar doğurur. Görünür, daxildə islahatçı prezidentin yalnız Qərb deyil, həm də Cənubi Qafqaz siyasətiylə bağlı razılaşmayan mühafizəkar qüvvələr bu formada öz narazılıqlarını büruzə verirlər. Bu cür açıqlamalar Pezeşkiana bir mesaj kimi də nəzərdən keçirilə bilər”.

Politoloq Oqtay Qasımov isə vurğulayıb ki, İranın Zəngəzur dəhlizi ilə bağlı maraqları var:

“Burada üç səbəb var. Birinci səbəb sözsüz ki, siyasidir. Tehran Asiya ilə Avropanı birləşdirəcək nəqliyyat kommunikasiyalarının öz ərazisindən keçməsini, həmin kommunikasiyalara öz nəzarətini istəyir. İkincisi, yaxın gələcəkdə Asiyanı Avropa ilə birləşdirəcək kommunikasiyalar üzərindən 10 milyon tondan çox yükün keçirilməsi nəzərdə tutulur.

Bu da ciddi maliyyə vəsaiti deməkdir. İran bu maliyyə vəsaitlərinə göz dikib. Üçüncüsü, Tehran çox yaxşı bilir ki, Zəngəzur dəhlizinin açılacağı təqdirdə Azərbaycan-Türkiyə İttifaqı daha da möhkəmlənəcək, o cümlədən Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiyada geosiyasi və geoiqtisadi təsir imkanlarını artıracaq. İran hakimiyyəti bundan çox dərin narahatlıq keçirir. SEPAH rəsmilərinin bəyanatları məhz buna söykənib”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 028
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 717
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter