Rusiya İran prezidentinin bəyanatından şoka düşüb - Markov
- 25.09.2024, 13:09,
- Dünya
Baxılıb: 70
Facebook
Вконтакте
Одноклассники
Google+
"Rusiya İran prezidentinin bəyanatından şoka düşüb. Belə ki, o, Ukrayna münaqişəsini Rusiyanın Ukraynaya təcavüzü adlandırıb".
Bunu rusiyalı politoloq Sergey Markov bildirib.
"Bəyan edib ki, o (Pezeşkian), İran prezidenti olmadan əvvəl ölkəsi Rusiyanı raketlə təmin edib, amma prezident olandan sonra bu dayanıb və olmayacaq", - politoloq qeyd edib.
Amerika mediasınının İran prezidentinin bu bəyanatlarına sitat gətirdiyini deyən Markov vurğulayıb ki, Rusiya mətbu qurumun Pezeşkianın çıxışını təhrif etdiyinə ümid edir. "Və onlar İran rəsmilərindən açıqlama gözləyirlər", - deyə o bildirib.